13 November 2026

Həbsdəki jurnalistin həyat yoldaşı onu döydüyünü dediyi həbsxana rəisinə qarşı cinayət işi tələb edir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova baş prokuror Kamran Əliyevə müraciət edərək ərinin həbsxanada döyülməsinin araşdırılmasını istəyib. Noyabrın 12-də sosial şəbəkədə yaydığı müraciətdə o, xəsarətlərin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza keçirilməsini və məsul şəxslər barəsində cinayət işi başlanmasını tələb edib.

ABŞ Yaşıllar Partiyası sionizmi irqçilik kimi tanıyan qərar qəbul edib

ABŞ Yaşıllar Partiyası (GPUS) İsraili “aparteid”, məcburi köçkünlük və mülksüzləşdirmə siyasətləri ilə əlaqələndirən, sionizmi isə irqçiliyin bir forması kimi tanıyan 1332 saylı qərarı qəbul edib.

9 noyabrda qüvvəyə minən sənəddə partiya özünü “antisemitizmə qarşı olan antisionist” kimi təqdim edərək, sionizm əleyhdarlığının yəhudi düşmənçiliyi anlamına gəlmədiyini vurğulayıb.

Qərarın əsas bəndləri:

Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu

Polis polkovniki, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında iki qızıl medal qazanıb.

63 kq çəki dərəcəsində çıxış edən idmançı “Master Class” kateqoriyasında “Light Contact” və “Kick Light” növlərində birinci yeri tutub.

Professor Seyid Əli Avcı: Azərbaycanın İsrailə neft tədarükü və hicab məsələsi Türkiyə ilə münasibətlərdə gərginlik yaradıb

Türkiyəli professor Seyid Əli Avcı Sputnik Ermənistan-a açıqlamasında bildirib ki, Azərbaycanın İsrailə neft tədarükü və Azərbaycanda hicab taxılması məsələsi Türkiyə ilə münasibətlərdə gərginliyə səbəb olub. Bununla belə, professor qeyd edib ki, bu fikir ayrılıqlarının iki ölkə arasındakı strateji əlaqələrə təsir göstərməsi ehtimalı azdır.

Avropa xalqı İsrail ilə tərəfdaşlıq istəmir: 1 milyondan çox imza toplanıb

Avropa İttifaqı (AB) və İsrail arasında Assosiasiya Sazişinin dayandırılmasını tələb edən Avropa Vətəndaşları Təşəbbüsü (ECI) çərçivəsində toplanan 1 milyondan çox təsdiqlənmiş imza AB Komissiyasına təqdim edilib.

Fələstin üçün Ədalət təşəbbüsü çərçivəsində keçirilən kampaniyanın nümayəndələri imzaların rəsmi şəkildə çatdırılması üçün Brüsseldəki Şuman Meydanında toplaşıblar.

İran ABŞ-ın Bəhreyndəki erkən xəbərdarlıq radarını məhv edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyndəki erkən xəbərdarlıq radarının hədəfə alınaraq məhv edildiyini açıqlayıb.

SEPAH-ın yaydığı bəyanata görə bir neçə saat əvvəl Sirik şəhərində rabitə qülləsinə qarşı həyata keçirilən hava hücumuna cavab olaraq, SEPAH-ın Aerokosmik Qüvvələri Bəhreyndəki ABŞ radarını vurub.

İmran Əliyev 10, Elgiz Qəhrəman 9 il müddətinə azadlıqdan məhrum edilib

"Meclis. info” saytının rəhbəri İmran Əliyev və ictimai fəal Elgiz Qəhrəmanın ittiham olunduğu iş üzrə yekun məhkəmə prosesi keçirilib.

Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, İmran Əliyev 10, Elgiz Qəhrəman 9 il müddətinə azadlıqdan məhrum edilib. E.Qəhrəman məhkəmə zalında həbs edilib.

Bakıda “Əli Qədəmgah”ında “Əyyami Fatimə” keçirildi

Bakıda Zirə “Əli Qədəmgah”ında Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət mərasimi təşkil olunub.

Mərasimdə ilahiyyatçı Hacı Cavid Pənahlı Həzrət Zəhranın (s.ə) məqamı və şəhadətilə bağlı çıxış edib, Əhlibeyt tərəfdarları üçün bu günün əhəmiyyətini vurğulayıb.

Daha sonra nohələr və mərsiyələr oxunub.

Hicab qadağasına etiraz edərək aclıq edən məhbusun ailəsi 22 gündür ondan xəbər tuta bilmir

Məktəblərdə hicab məhdudiyyətinə etiraz olaraq oktyabrın 16-dan aclıq edən məhbus Elman Şeydayevin ailəsi 22 gündür onunla əlaqə saxlaya bilmir.

“Meydan TV” yaxınlarına istinadən yazır ki, Şeydayev 6 saylı Cəzaçəkmə Müəssisəsində aclığa başlayandan sonra cəza kamerasına (“karser”) salınıb. Ailənin digər məhbusların yaxınları vasitəsilə aldığı məlumata görə, o, hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsindədir, amma ailə onun səhhəti barədə heç bir məlumat ala bilmir.