12 November 2026

AXCP Sabunçu rayon şöbə sədrinin yerinin məlum olmadığı bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubovun yerinin məlum olmadığı bildirilir.

Bu barədə partiya üzvləri sosial mediada məlumat yayıblar. Partiyanın məlumatına görə, Yusubov noyabrın 12-də səhər işə getmək üçün evdən çıxıb, lakin iş yerinə çatmayıb. Partiya üzvləri fəalın ailəsinə istinadən onun telefonuna zəng çatmadığını bildiriblər.

12 noyabr — Ana Qanun və ana həsrətli hicablılar

Bu gün Azərbaycanda Konstitusiya Günüdür. Ölkənin Ana Qanunu vətəndaşların hüquq və azadlıqlarını təsbit edir, digər qanunların qəbulunda əsas götürülən prinsipləri müəyyənləşdirir. Konstitusiyaya zamanla referendum yolu ilə dəyişikliklər edilib. Onun 1-ci maddəsinə görə, Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

İsrail Qəzzada Nasir Xəstəxanasını bombaladı! Çoxsaylı itki və yaralılar barədə məlumat verilib

İsrailin Qəzza Zolağındakı Nasir Xəstəxanasına hava hücumu nəticəsində ən azı 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Qəzza Zolağının cənubundakı Xan Yunisdəki Nasir Xəstəxanasına hava hücumunun edildiyi bildirilib. Xəstəxananın içərisindəki Əl-Yasin binasının ikinci mərtəbəsini hədəf alan hücumda səhiyyə işçiləri və xəstələr də daxil olmaqla ən azı 6 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir.

Netanyahunun ərəb partiyalarını hədəfləməsi Knessetdə böhrana səbəb olub

İsrail Baş naziri Netanyahunun Knessetin açılışında ərəb partiyalarını hədəf almasından və birlik hökuməti çağırışından sonra hökuməti formalaşdırmaq vəzifəsi daşıyan Qadi Eisenkot Likud ilə danışıqları ləğv edib.

İsrail Baş naziri Benyamin Netanyahu, çərşənbə axşamı, 10 noyabr tarixində yeni Knessetin andiçmə mərasimindən sonra etdiyi çıxışında birlik hökuməti çağırışını təkrarlayıb.

Tramp və Netanyahu arasında İranla bağlı sərt mübahisə yaşandığı bildirilir

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında İranla bağlı telefon danışığı zamanı sərt mübahisə yaşandığı bildirilir.

İsrailin “Ynet” nəşri mənbələrinə istinadən yazır ki, noyabrın 7-8-də baş tutan danışıqda tərəflər İrana qarşı hərbi əməliyyatların bərpasını müzakirə ediblər.

Mənbələr söhbəti “gərgin və çətin” adlandırıblar. Onlardan biri isə liderlər arasında “qışqırıqla müşayiət olunan dəhşətli mübahisə” yaşandığını bildirib.

Zelenski: ABŞ müharibənin dayandırılması üçün Ukraynadan Donbasdan imtina etməyi tələb edir

“ABŞ müharibənin dayandırılması müqabilində Ukraynanın Donbasdan çıxmasını istəyir”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski Dublində İrlandiyanın Baş naziri Mixol Martinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Vaşinqton danışıqlar zamanı Donbas məsələsini mütəmadi olaraq gündəmə gətirir və Ukraynanın öz ərazisindən geri çəkilməli olduğunu düşünür.

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Müasir Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.

Azərbaycanda gündəlik neft hasilatı oktyabrda 447 min barelə enib, OPEC+ kvotasından 104 min barel azdır

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına görə, oktyabrda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 447 min barel olub. Bu, sentyabrla müqayisədə 4 min barel azdır.

“OPEC+” razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik hasilat kvotası 551 min bareldir. Beləliklə, ölkə oktyabrda kvotadan 104 min barel az neft çıxarıb. Azərbaycan uzun müddətdir ki, kvotanı doldura bilmir, çünki əsas yataq olan “Azəri-Çıraq-Günəşli”də hasilat ildən-ilə azalır.