11 November 2026

Gürcüstanda Həzrət Fatimənin (s.ə) şəhadət ildönümünə həsr olunmuş seminar keçirilib

Gürcüstanın Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində Həzrət Fatimə Zəhranın (s.ə) şəhadət ildönümünə həsr olunmuş seminar keçirilib.

Tədbirdə həm yerli sakinlər, həm də qonşu bölgələrdən gələn qonaqlar iştirak ediblər.

Altun Sultanovun rəhbərliyi ilə keçən proqram Nicat Musayevin Quran ayələri oxuması ilə açıq elan olunub. Daha sonra mövzu üzrə ilahiyyatçılar Fuad İsayev, Qurban Murquzov və Bəşər Məmmədov məruzələrlə çıxış ediblər.

Azərbaycan samboçusu dünya çempionatında gümüş medal qazandı

Azərbaycan samboçusu Tuncay Şamil Özbəkistanın paytaxtı Daşkənddə keçirilən böyüklər arasında sambo üzrə 50-ci yubiley dünya çempionatında uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. 98 kq çəki dərəcəsində mübarizə aparan idmançımız dünya çempionatının gümüş medalına sahib olub.

Çempionluğa gedən yolda Tuncay Şamil Ermənistan, Gürcüstan və Özbəkistan təmsilçilərini məğlub edərək finala yüksəlib. Xüsusilə güclü rəqiblər üzərində ardıcıl qələbələri onun yüksək hazırlığını və əzmkarlığını nümayiş etdirib.

Naxçıvanda hərbi xidmət keçən əsgərin naməlum şəraitdə həyatını itirdiyi deyilir

Naxçıvanda hərbi xidmət keçən Elnar Tağıyevin naməlum şəraitdə həyatını itirdiyi deyilir.

“Meydan TV”nin məlumatına görə, hərbçinin yaxınları Elnar Tağıyevin oktyabrın son həftəsində hərbi xidmətə yollandığını bildiriblər.

Noyabrın 8-də keçirilən andiçmə mərasimindən sonra əsgərlərin bir neçə saatlıq evə buraxıldığı, lakin ailənin həmin gün günortadan sonra Elnar Tağıyevlə əlaqə saxlaya bilmədiyi qeyd olunub.

İraqda Xanım Zəhranın (s.ə.) şəhadəti ilə əlaqədar əzəmətli yürüş keçirilir

İraqın əl-Qadisiyyə bölgəsində Həzrəti Fatimə Zəhranın (s.ə) şəhadət ildönümü (Fatimiyyə günləri) münasibətilə genişmiqyaslı matəm yürüşü keçirilir. Minlərlə zəvvarın qatıldığı əza yürüşü müxtəlif şəhərlərdən də Nəcəfə, İmam Əli (ə) hərəminə doğru böyük kütləni hərəkətə keçirib.

Ərbəin ziyarətini xatırladan bu yürüş çərçivəsində “Şəhidi-Cümə əl-Hüseyni el-Mövəhhəd” matəm karvanı Əl-Həmzə – Qəmmas marşrutu boyunca Nəcəf-i Əşrəf şəhərinə doğru piyada hərəkətini davam etdirir.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub.

Bu barədə “Reuters“agentliyi məlumat yayıb.

İtaliyanın təhsil naziri Cüzeppe Valditara “La7” telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunlu elektron məktub ölkənin müxtəlif bölgələrindəki təhsil müəssisələrinə göndərilib. Onun sözlərinə görə, təxliyə edilən məktəblərin sayı arta bilər.

İzmirdəki HABAŞ fabrikində baş verən partlayışla bağlı on bir nəfər saxlanılıb

İzmirdəki partlayışla bağlı istintaq çərçivəsində çərşənbə axşamı günü HABAŞ sədri Mehmet Rüştü Başaran da daxil olmaqla 11 nəfər saxlanılıb.

Bazar ertəsi günü İzmirin Əliağa rayonundakı HABAŞ dəmir-polad fabrikində baş verən partlayış nəticəsində həyatını itirən işçilərin sayı 18-ə çatıb.

Bundestaq deputatı: Azərbaycan kağız üzərində demokratik görünə bilər, amma diktatura əlamətləri ölkədə mövcuddur

Almaniya Bundestaqının deputatı, Avropa Şurası Parlament Assambleyasında Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədri Frank Şvabe Azərbaycanı avtoritar idarəetmənin olduğu ölkələr sırasında adlandırıb və ölkədə siyasi səbəblərlə həbs olunanların sayının durmadan artdığını deyib.

Əbu-Dabidə Rusiya-Ukrayna-ABŞ danışıqları: Əsas fikir ayrılığı ərazi məsələsidir

Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların ilk günü başa çatıb. Təxminən dörd saat davam edən görüşdə humanitar məsələlər, əsir mübadiləsi, saxlanılan mülki şəxslərin və Ukraynadan aparıldığı bildirilən uşaqların geri qaytarılması, eləcə də təhlükəsizlik təminatları müzakirə olunub.

Bu barədə noyabrın 10-da “Associated Press” (AP) məlumat yayıb.

Rusiya mediası: “Tramp marşrutu” 2028-ci ilə qədər reallaşmayacaq

ABŞ, Azərbaycan və Ermənistan arasında “Tramp marşrutu” (TRIPP) layihəsinin inkişafı ilə bağlı yeni razılaşma əldə olunub. Üç ölkə nəqliyyat dəhlizinin yaradılması istiqamətində birgə fəaliyyət göstərmək üçün üçtərəfli işçi qrupu formalaşdırıb. Lakin layihənin reallaşması ilə bağlı nikbin gözləntilərə baxmayaraq, onun qarşısında ciddi siyasi və geosiyasi maneələrin olduğu bildirilir.

Bəhreyn rejimi din alimlərinə işgəncə verir və pis rəftar edir

Bəhreyndə saxlanılan din alimləri ittihamları imzalamağa məcbur edilir və həbsdə işgəncə və təhdidlərlə üzləşirlər.

Bəhreynli siyasi fəal Seyid Tahir Musəvi bildirib ki, 67 din alimi "Alimlər dosyesi" çərçivəsində mühakimə olunur, onlardan 47-si həbsxanada, 11-i isə ölkə xaricindədir. Musəvi müxtəlif işlərdə saxlanılan din alimlərinin ümumi sayının 60-ı keçdiyini qeyd edib.

NYT: ABŞ-ın maliyyə naziri İranın təhdidlərinə görə hərbi bazaya köçürülüb

ABŞ-ın maliyyə naziri Skott Bessent İrandan qaynaqlanan təhlükəsizlik təhdidləri səbəbindən evindən hərbi bazaya köçürülüb.

Bu barədə “The News York Times” məlumatlı üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Bessent İranın təhdidləri səbəbindən yaşayış yerini dəyişən ilk ABŞ rəsmisi deyil.

Berlində Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək üçün sərgi və məktub aksiyası keçirilib

Berlin Divarının süqutuna həsr olunan “Berlin Freedom Week” (Berlin Azadlıq Həftəsi) çərçivəsində Almaniyanın paytaxtında Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək sərgisi və məktubyazma aksiyası keçirilib. Tədbiri “Mikroskop Media” və “Exile Team” təşkil edib.