07 September 2026

ABŞ reperi Maklmorun "Fələstin Azadlığı" çağırışından sonra turdan çıxarılması istənildi

Ed Şiranın turu çərçivəsində verdiyi konsertdə Maklmorun "Fələstin Azadlığı" çağırışından sonra İsrail-Amerika Şurası reperin turun qalan konsertlərindən çıxarılması üçün petisiya başlatdı.

Variety-nin məlumatına görə, ABŞ reperi Maklmor Ed Şiranın turu çərçivəsində Nyu-Cersi ştatında verdiyi konsertdə "Fələstin Azadlığı" çağırışı edib. Onun açıqlamalarından sonra İsrail-Amerika Şurası sənətçinin turun qalan konsertlərindən çıxarılması üçün petisiya başlatdı.

Kətaib Seyyiduş - Şuhədanın Baş Katibi silahsızlanma prosesi ilə bağlı bəyanat yayıb

Əl Mayadeen-ə əsaslanan xəbərə görə, İraqdakı Kətaib Seyyiduş-Şuhədanın Baş Katibi Əbu Əla əl-Vəlayi silahların tənzimlənməsi prosesinin "tam və hərtərəfli suverenliyə" nail olmaqla birlikdə həyata keçirilməli olduğunu bildirib.

Əl-Vəlayinin sözlərinə görə, bu iki məsələ yan-yana həll edilməlidir və bundan başqa hər hansı bir təklif qəbuledilməzdir.

İraq komandanı X (əvvəllər Twitter) hesabındakı paylaşımda deyib:

İranda aylıq benzin limiti keçilərsə qiymətlər 1 qəpikdən 2 qəpiyə yüksələcək

İran hökuməti ayda 110 litrdən çox benzin istifadə edənlər üçün yanacağın qiymətini artırır.

Yeni tarif sentyabrın 8-dən qüvvəyə minəcək.

Reuters-in məlumatına görə, İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib ki, ilk iki güzəştli tarif üzrə ümumilikdə 110 litr benzinin qiyməti dəyişməyəcək.

Avtomobil sahibləri ayda ilk 60 litr benzini litri təxminən 1 qəpik, əlavə 50 litri isə litri təxminən 2 qəpiyə ala biləcəklər.

"Yuventus" "Milan"la heç-heçə etdi

İtaliya A Seriyasında III turun oyunları davam edir.

Turun növbəti oyun günündə iki qarşılaşma keçirilib.

“Parma” doğma meydanda “Montsa”nı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Turun mərkəzi görüşündə isə “Milan” səfərdə “Yuventus”la üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.

Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların bərpasının mümkün olduğunu, lakin ərazi məsələsi də daxil olmaqla əsas məsələlərin yalnız ölkə liderləri səviyyəsində həll edilə biləcəyini bildirib.

Zelenskinin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiyaya, daha sonra isə Ukraynaya səfər etməklə danışıqlar prosesini yenidən başladıb. O, tərəflərin danışıqları bərpa etmək üçün hər şeyi edəcəyini deyib.