06 September 2026

Trampın xüsusi elçiləri Moskvada Putinlə görüşüblər: Növbəti dayanacaq Kiyevdir

Kreml müşaviri Yuri Uşakov ABŞ nümayəndə heyəti ilə Putin arasındakı görüşü "son dərəcə səmimi" adlandırıb və ABŞ tərəfinin "həll yollarının mümkün yolları ilə bağlı müxtəlif fikirlər təklif etdiyini" bildirib.

ABŞ-ın xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə görüşlərindən sonra bazar günü Kiyevdə Ukrayna rəsmiləri ilə görüşəcəklər.

KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə satılması ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə edildiyi bildirilir.

Bu barədə “Yeni Akit” qəzeti yazıb.

Məlumata görə, Ankara və Moskva S-400 sistemlərinin üçüncü ölkəyə satılması ilə bağlı razılaşmanın son mərhələsinə çatıb.

Qlobal imperializmin hədəflədiyi və dəstəklədiyi ‘feminizm’ heç də qadınların müdafiəsinə yönəlmir

Hüquq professoru, tanınmış vəkil Fərhad Mehdiyev mühafizəkar ailə modelinin, ata və ananın ailədəki rolunun yenidən gücləndirilməsinin vacibliyindən danışıb.

Hüquqşünas dövlətin, qeyri-dövlət təşkilatlarının və dini qurumların ailə institutunun qorunması istiqamətində sistemli siyasət hazırlamalı olduğunu bildirib.

Türkiyə inflyasiya səviyyəsinə görə Avropada 1-ci yerdədir

Türkiyə Statistika İnstitutu (TÜİK) avqust ayında inflyasiya ilə bağlı məlumatları dərc edib.

Bu məlumatlara görə, aylıq inflyasiya 1,84%, illik inflyasiya isə 31,51% təşkil edib.

Bu ilin yanvar-avqust aylarında inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0,57% yüksək olub. 2026-cı ildə səkkiz aylıq inflyasiya səviyyəsi 22,07%, ötən il isə 21,5% olub.

Premyer Liqa: Günün oyunları

Azərbaycan Premyer Liqasında IV tura bu gün yekun vurulacaq.

Sonuncu gündə iki oyun baş tutacaq.

İlk olaraq “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Meydan sahibləri 4 xalla altıncı, rəqibindən bir oyun az keçirən “gənclik şəhəri” təmsilçisi sıfır xalla sonuncu – 12-ci yerdədir.

İsrail Livanın cənubuna yeni zərbələr endirib

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın obyektlərinə yeni zərbələr endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail tərəfinin iddiasına görə, zərbələr “Hizbullah”ın Livanın cənubundakı təhlükəsizlik zonasında yerləşən İsrail hərbçiləri istiqamətində iki pilotsuz uçuş aparatı buraxmasına cavab olaraq həyata keçirilib.

Həqiqəti dilə gətirməyin çətinləşdiyi vaxtlarda onu cəmiyyətə çatdırmaq daha böyük cəsarət tələb edir

"Toplum TV işi" üzrə həbsdə olan, III Respublika Platformasının spikeri Akif Qurbanov eyni iş üzrə həbsdə olan "Toplum TV" əməkdaşı Fərid İsmayılova doğum günü təbriki ünvanlayıb.

F.İsmayılovun sentyabrın 4-də 28 yaşı tamam olub. O, ardıcıl ikinci ildir ki, doğum gününü həbsxanada keçirib.

A.Qurbanovun təbrik məktubu onun sosial media hesabında dərc edilib.

Fürsətçiləri həqiqətənmi Çevikə qarşı zorakılıq narahat edir?

“Allah yoxdur” şüarı ilə təkcə inkar deyil, təhqirlərdən belə çəkinməyən Çevikə qarşı zorakı davranış son bir neçə gündə ölkənin bütün təbəqələrində geniş müzakirələrə səbəb olub. Öncədən qeyd edək ki, bir müddət əvvəl biz bu barədə mediada hakim dairələrə müraciət edərək məlum vəziyyətin qarşıdurmaya, vətəndaşlar arasında gərginliyin artırılmasına gətirib çıxaracağı barədə xəbərdarlıq etmişdik. Hətta hakimiyyətdən məsələnin məcrasından çıxmamış, inancı və inanclıları təhqir edən bu tip şəxslərə qarşı ölçü götürülməsinin zəruriliyini də qeyd etmişdik.