Almaniyada oturaq aclıq aksiyası davam edir
Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Kansleri binası (Bundeskanzleramt) önündə siyasi mühacirlərin təşkil etdiyi aclıq aksiyası 2-ci gündür ki, davam edir. Aksiya Azərbaycanda həbs həyatı yaşayan 9 jurnalist və 6 inanclı xanımın həbsinə etiraz olaraq keçirilir.
Orxan Ağayev və Elvin Şıxəliyevin təşkilatçılığı ilə baş tutan aclıq aksiyası iyunun 25-nə qədər sürəcək. Tədbirə Müsəlman Birliyi Hərəkatının üzvləri də daxil olmaqla Avropada yaşayan mühacirlər də qoşulub.













