15 June 2026
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başladı
Futbol üzrə dünya çempionatında günün ilk oyunu keçirilib.
Turnirin beşinci günündə İspaniya Kabo-Verde ilə qarşılaşıb.
Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu, Kabo-Verdenin dünya çempionatları tarixində debüt matçı olub.
Bu gün, həmçinin Belçika seçməsi Misirlə münasibətlərinə aydınlıq gətirəcək.
Berlində Azərbaycanda siyasi məhbuslara dəstək məqsədilə etiraz aksiyası keçirilir
Bu gün (15 iyun) Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycanda siyasi motivli ittihamlarla həbs olunmuş jurnalistlərin və dindar xanımların həbsinə etiraz olaraq aksiyası keçirilir.
Aksiyanın təşkilatçıları Orxan Ağayev və Elvin Şixəliyev tədbirlə bağlı bildiriblər ki, insan hüquq və azadlıqlarının müdafiəsi hər bir cəmiyyətin əsas prinsiplərindən biridir və bu hüquqların pozulmasına qarşı səssiz qalmaq olmaz.
İran Hörmüzdən yalnız 60 gün müddətində gəmilərin ödənişsiz keçidini qəbul edəcək
İranın “Fars” agentliyi məlumatlı mənbəyə istinadən İran və ABŞ arasında əldə olunmuş razılaşmanın yeni detallarını yayıb.
Məlumata əsasən, danışıqların son anlarında memorandumun mətninə dəyişikliklər edilib və bu dəyişikliklərdə Hörmüz boğazı üzərində İran və Oman suverenliyinin tətbiqi açıq və qəti şəkildə vurğulanıb.
Azərbaycan məhbus sayında Avropanın ikincisidir: alternativ cəzalar niyə işləmir?
Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropa ölkələri sırasında ikincidir. Bu, Avropa Şurasının 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatında öz əksini tapıb.
Hesabatda bildirilir ki, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan yalnız hər yüz min nəfərə 458 məhbusun düşdüyü Türkiyədən geri qalır.
Əhli-beytə (ə) məhəbbət bütün müsəlmanları birləşdirən ortaq dəyərdir
Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Faiq Nəbiyev Hicri-qəməri təqvimi ilə iyunun 16-da Məhərrəm ayının başlanması ilə bağlı müsahibə verib.
24News.ge xəbər portalının suallarını cavablandıran şeyx, bir sıra mötəbər mənbələrdən stat gətirərək, Məhərrəm ayında Hz Peyğəmbərin əziz nəvəsinin şəhadəti ilə bağlı tövsiyyələri diqqətə çatdırıb.
Şeyx Naim Qasimə qarşı sui-qəsd xəbərləri təkzib edildi
Hizbullahın baş katibi Şeyx Naim Qasimə qarşı sui-qəsd cəhdi iddiaları həqiqətə uyğun deyil. Bu barədə məlumatı Sepah News öz hesabatında bildirib.
“Bu gün İsrailin Dahiyaya hücumunda şəhid olan ən vacib şəxs “Əbu Hüseyn Səcid” kimi də tanınan “Hacı Əli Musa Dəkdük”dür.
Əzadarlıq təkcə ağlamaqdırmı? Mahiyyəti barəsində Hacı Rüfət Məmmədovun təqdimatında - VİDEO
İsraildən ABŞ-İran razılaşmasını sual altına qoyacaq bəyanat - İsrail Livanda hərbi əməliyyatları davam etdirəcəyini bildirir
ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livandan çıxmayacaq və Hizbullaha qarşı əməliyyatlara davam edəcək.
“Ynet”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla telefon danışığında deyib.
Məlumatlı mənbələr bildirib ki, Netanyahu Trampa İsrail ordusunun Livanda ələ keçirdiyi mövqeləri əlində saxlayacağını və Hizbullaha məxsus infrastrukturun məhv edilməsinə davam edəcəyini vurğulayıb.
Azərbaycana turist axını azalır
Niderland və Yaponiya milliləri heç-heçə etdilər
Futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
F qrupunda Niderland və Yaponiya milliləri üz-üzə gəliblər.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Avropa təmsilçisinin heyətində Vircil van Deyk (50) və Krisensio Sammervill (64) fərqləniblər. Asiyalıların qollarını isə Keito Nakamura (57) və Daiti Kamada (88) vurublar.
İran-ABŞ memorandum layihəsinin yeni detalları məlum olub
14 maddəlik İran-ABŞ memorandum layihəsinin yeni detalları məlum olub.
Bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
Hikmət Hacıyev Ermənistana rəsmi səfər edib
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev iyunun 14-də Ermənistana rəsmi səfər edib.
Haradan haraya...
Bəzən yaşadığımız dövrü qiymətləndirmək üçün sadəcə bir anlıq dayanmaq kifayətdir. Qulaq batıran səs-küylərdən, gündəlik hadisələrin yaratdığı təlaşdan uzaqlaşıb arxaya baxdıqda gəlib çıxdığımız mənzərənin nə qədər ağır və düşündürücü olduğunu görürük.













