04 June 2026

SEPAH: Atəşkəs Livanı da əhatə etməlidir

ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşması bütün regional cəbhələri, o cümlədən Livanı əhatə edir.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Livanda son baş verənlərə dair bəyanatında bildirilib.

SEPAH İsraili Livana qarşı hücumlarını dərhal dayandırmağa, onun ərazilərindən çıxmağa və ərazi bütövlüyünü tanımağa çağırıb.

Barak İraqda silah tənzimləməsini dəstəkləyib

ABŞ-ın İraq və Suriya üzrə Xüsusi Nümayəndəsi Tom Barak İraqdakı silahlı qrupların dövlət hakimiyyətinə təslim edilməsini tərifləyərək bunu "yeni milli intibah" adlandırıb.

ABŞ-ın İraq və Suriya üzrə Xüsusi Nümayəndəsi Tom Barak İraqdakı silahlı qrupların tərksilah edilməsi və dövlət hakimiyyətinə təslim edilməsi prosesini alqışlayıb.

Qədir-Xum bayramınız mübarək olsun!

Minlərlə peyğəmbərin missiyası Hz. Muhəmmədin (s) risaləti ilə kamala çataraq yekunlaşdı. Növbəti mərhələdə isə zaman və məkan sərhədlərini aşan bu İlahi hökmlərin sistemləşdirilməsi və həyata keçirilməsi dayanırdı. Qurani-Kərim dinin kamilləşdiyini elan etməklə peyğəmbərliyə son nöqtəni qoydu və bəşəriyyəti İmamət və Vilayət bayrağı altında vahid rəhbərliyə yönəldərək nemətin tamamlanması ilə yeni bir mərhələyə dəvət etdi.

Əlikram Namazovun ailəsi ilə görüş və telefon danışığına məhdudiyyət qoyulub

Martın 12-də evindən çıxarkən saxlanılan dini inanclı Əlikram Namazovun ailəsi onunla görüş və telefon danışığına məhdudiyyət qoyulduğunu bildirir.

Bu barədə Meydan TV-yə Namazovun anası məlumat verib. O deyir ki, oğlu martın 12-də saxlanılıb və beş gün Xırdalan Rayon Polis İdarəsində qaldıqdan sonra barəsində cinayət işi açılıb.

Anasının sözlərinə görə, Əlikram Namazov saxlanıldığı gündən ailəsi ilə normal əlaqə saxlaya bilməyib:

“İnsan ədalətinin səsi”

“Əlinin İsadan üstün olduğunu deməyə dinim, İsanın Əlidən üstün olduğunu qəbul etməyə isə vicdanım yol vermir”.

Bu, dünya elmindən və ədəbiyyatından xəbərsiz hansısa cahilin deyil, Həzrəti Əli haqqında ən yaxşı tədqiqatlardan birinin – 5 cildlik “İmam Əli: insan ədalətinin səsi” kitabının müəllifi, məşhur livanlı xristian yazıçı Con Cordaqın sözüdür.

Bəhreyndə şiə din xadimlərinə qarşı reperessiyalar davam edir

Yaxın Şərqdə ABŞ-İran hərbi qarşıdurması fonunda Bəhreyn Krallığı öz ərazisində genişmiqyaslı “antiterror” əməliyyatı iddiası ilə ölkədə illərdir təzyiq, təqib və həbslərlə üzləşən şiələrin həbsini davam etdirir. Oxşar ssenari icra edilərək ölkədə şiələrin güya “İran cəsusu” iddası ilə saxlanılması bir çox tanınmış din xadimlərinə də tətbiq edilib.

Minifutbol millimiz Avropa çempionatının finalına vəsiqə qazandı

Minifutbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında yarımfinal matçına çıxıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Serbiya ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə bitib.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan millimiz adını finala yazdırıb.

Komandamız final görüşündə Ukrayna millisi ilə qarşılaşacaq. Görüş 4 iyunda baş tutacaq.

Livan və İsrail atəşkəs rejiminin icrası barədə razılığa gəlib

Livan və İsrail nümayəndələri ABŞ-də keçirilən danışıqların yekununda atəşkəs rejiminin icrası ilə bağlı razılıq əldə ediblər.

ABŞ Dövlət Departamentinin yaydığı birgə bəyanatda bildirilib ki, tərəflər iyunun 2-3-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparıblar.

Bəyanata əsasən, razılaşma “Hizbullah”ın atəşi tam dayandırması və təşkilatın Litani çayının cənubundakı bütün qüvvələrini bölgədən çıxarması şərti ilə həyata keçiriləcək.

Bu gün Qədir-Xum bayramı günüdür

Hicri 10-cu ilin Zilqədəsində Peyğəmbər Məhəmməd (s) Hacc ibadətini yerinə yetirmək üçün minlərlə insanla birlikdə Mədinədən Məkkəyə yola düşdü. Bu, Peyğəmbərin son hacc səfəri olduğundan “Həccətül-Vida” adlandırıldı.

Hacc mərasimləri başa çatdıqdan sonra Peyğəmbər Mədinəyə qayıdarkən 18 Zilhiccə günü Qədir-Xum məkanına çatdı. Cəbrayıl (ə) Peyğəmbərə vəhy etdi ki, Həzrət Əliyi (ə) öz varisi kimi müsəlmanlara təqdim etsin. Peyğəmbər (s) də camaatı toplayaraq Əliyi (ə) rəhbər və vəli təyin etdiyini elan etdi.

Finlandiya “Naftogaz”ın iddiası əsasında Rusiyanın 3,7 milyon avroluq aktivlərinə həbs qoyub

Finlandiyanın İcra Xidməti Ukraynanın dövlət enerji şirkəti “Naftogaz”ın iddiası əsasında Rusiyaya məxsus 3,7 milyon avro dəyərində aktivlərə həbs qoyub. Bu barədə qurumun mətbuat xidməti iyunun 2-də məlumat yayıb.

Məlumata görə, sözügedən vəsait Rusiya tərəfindən bir neçə il əvvəl Avropa İttifaqı ilə sərhədyanı əməkdaşlıq proqramının həyata keçirilməsi məqsədilə köçürülüb. Vəsait Finlandiyanın İqtisadiyyat və Məşğulluq Nazirliyinin hesabına daxil olsa da, layihə sonradan dayandırılıb.