Minlərlə peyğəmbərin missiyası Hz. Muhəmmədin (s) risaləti ilə kamala çataraq yekunlaşdı. Növbəti mərhələdə isə zaman və məkan sərhədlərini aşan bu İlahi hökmlərin sistemləşdirilməsi və həyata keçirilməsi dayanırdı. Qurani-Kərim dinin kamilləşdiyini elan etməklə peyğəmbərliyə son nöqtəni qoydu və bəşəriyyəti İmamət və Vilayət bayrağı altında vahid rəhbərliyə yönəldərək nemətin tamamlanması ilə yeni bir mərhələyə dəvət etdi.
Bu gün Qədir-Xum səhrasında İlahi əmrin icra olunduğu, İmamətin təyin edildiyi mübarək gündür. Bu əlamətdar bayram münasibətilə dünya müsəlmanlarını və dəyərli Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Uca Allahdan bu mübarək bayramı növbəti illərdə dövrün İmamının (ə.f) zühur sevinci ilə qeyd etməyi nəsib etməsini diləyirik.
Hacı Tale Bağırzadə
Qədir-Xum bayramınız mübarək olsun!