21 May 2026

Elvin Mustafayevin 17 saylı CÇM-də işgəncəyə məruz qaldığı bildirilir

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin 17 saylı Cəzaçəkmə Müəssisəsində fiziki zorakılığa və işgəncəyə məruz qaldığı bildirilir.

Bu barədə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan fəalın yaxınları “Abzas Media”ya məlumat verib.

Son 24 saatda Hörmüz boğazından 26 gəmi keçib

İnqilab Keşikçiləri son 24 saatda Hörmüz Boğazından 26 gəminin keçdiyini açıqlayıb. İran dövlət televiziyasında yayımlanan açıqlamada İranın boğazdan 5 supertankerin keçməsinə icazə verdiyi bildirilib.

İran İnqilab Keşikçiləri Dəniz Qüvvələri Komandanlığı son 24 saat ərzində Hörmüz Boğazından cəmi 26 gəminin keçdiyini açıqlayıb.

ABŞ İraq üçün planlarını yeniləyir

İraqlı millət vəkili Kərim Əlyavi xəbərdarlıq edib ki, Vaşinqton uğursuzluqlardan sonra İraqdakı hegemon layihələrini yenidən canlandırmağa çalışır.

Çərşənbə günü verdiyi açıqlamada İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Kərim Əlyavi ölkə daxilində davam edən Amerika hərbi və siyasi fəaliyyətinin yaratdığı böyük təhlükələrə diqqət çəkib.

Hizbullah döyüşçüləri mübarizəni davam etdirəcəklərini vurğulayıblar

Hizbullah döyüşçüləri Şeyx Naim Qasıma göndərdikləri mesajda işğal bitənə qədər mübarizəni davam etdirəcəklərini vurğulayıblar.

Livan İslam Müqaviməti döyüşçüləri Hizbullahın baş katibi Şeyx Naim Qasıma ünvanladıqları mesajda sədaqətlərini bir daha təkrarlayıblar və əməliyyatların İsrail işğalının sonuna qədər davam edəcəyini bildiriblər.