20 May 2026

İqtisadiyyat Güzgüsündə TRİPP Layihəsi

Dünya müqəddəratında hər ötən gün dərin təsirlər buraxan Amerika və İsrailin İrana hücumlarının sonrakı mərhələsi ilk günlərdə olduğu kimi, bu gün eyni fikirləri doğurmur. Bəzi ölkələr üçün hegemon gücə malik Amerika və proksi qüvvəsi olan İsrailin qısa müddət ərzində İranı çökdürərək hakimiyyət dəyişikliyinə nail olma düşüncələri bu gün tamam fərqli gözləntiləri nümayiş etdirir.

Putin, yoxsa Tramp: Hansı lider Çin üçün daha inandırıcı tərəfdaş olacaq?

ABŞ Prezidentinin Çinə səfərindən bir həftə keçməmiş Vladimir Putin indi Pekinə gedir. Əsl sual budur ki, hansı lider Çin üçün daha inandırıcı tərəfdaş olacaq: Vaşinqton, yoxsa Moskva?

Rusiya bu həftə Prezident Vladimir Putinin Çinə səfərinə yüksək gözləntilərlə hazırlaşır. Kreml iki tərəfin səfər zamanı "imtiyazlı tərəfdaşlıqlarını" daha da inkişaf etdirəcəklərini açıqlayıb.

Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva son iki ay ərzində yaşadığı mənzilə naməlum şəxslərin daxil olduğunu iddia edir.

O, sosial media hesabında paylaşdığı məlumatda bunu təsdiqləyən kamera görüntülərinin olduğunu bildirib.

R.Quliyevanın sözlərinə görə, evdə olmadığı vaxtlarda mənzildə elektrik enerjisi kəsilib.

Avropa Şurasının hesabatı: “Azərbaycan Avropada ən yüksək həbs göstəricisi olan ölkələr sırasında ikincidir”

Avropa Şurası 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatını yayımlayıb. Hesabat Avropada həbsxana sistemlərində sıxlığın artdığını, bir çox ölkədə müəssisələrin artıq dolduğunu və məhbus sayının yüksəlməyə davam etdiyini göstərir.

Azərbaycanla müqavilələr sayəsində Gürcüstanda qaz tarifləri dəyişməyəcək

Azərbaycanla yeni müqavilələr sayəsində Gürcüstanda qaz tarifləri dəyişməyəcək.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Ölkəyə yalnız uyğun qiymət deyil, həm də kifayət qədər həcm təmin ediləcək ki, bu da prinsipial olaraq vacibdir. Biz çoxillik zəmanətlər almışıq - bu, mövcud tarifləri saxlamağa imkan verəcək", - deyə İrakli Kobaxidze bildirib.

Azərbaycanlı zəvvarların növbəti qrupu Məkkə şəhərinə çatıb

Azərbaycan zəvvarlarının göyərtəsində olduğu beşinci və altıncı təyyarələr Məkkə şəhərinə çatıb

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Hacc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Dünən Azərbaycandan yola düşən beşinci və altıncı zəvvar təyyarələri Məkkəyə çatıb”, – Vüsal Cahangiri bildirib.

Beynəlxalq sularda üzən Sumud Donanmasını İsrail atəşə tutdu

Qəzzaya qarşı blokadanı qırmaq və bölgəyə humanitar yardım çatdırmaq üçün yola düşən Qlobal Sumud Donanmasından təcili xəbər yayıldı. Böhranların İdarə Edilməsi Qrupu, beynəlxalq sularda marşrutunu davam etdirən donanmanın İsrail ordusu tərəfindən silahlı hücuma məruz qaldığını və "Alcyone" və "Girolama" adlı qayıqlara güllə atıldığını açıqladı.