13 May 2026

Asəf Əhmədov məhkəmədə: “İttiham tərəfi məni ictimai faydalı iş gördüyümə görə cəzalandırmaq istəyir”

“QHT işi” çərçivəsində həbs olunan Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovun növbəti məhkəmə prosesi keçirilib. Mayın 8-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs sərbəst ifadəsini tamamlayıb.

Bu barədə onun qızı Aysu Əhmədova sosial şəbəkədə məlumat yayıb.

Azərbaycanın yeniyetmə güləşçiləri Avropa çempionatına üç medalla başlayıblar

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Ömər Salmanov (48 kq) finalda rusiyalı Artyom Tkaçenkoyla qarşılaşıb. Rəqibinə 1:5 hesabıyla məğlub olan güləşçi gümüş medalı boynundan asıb.

ABŞ-də inflyasiya son üç ilin ən yüksək səviyyəsinə çatdı

ABŞ-də apreldə illik inflyasiya 3.8% olub ki, bu da son üç ilin ən yüksək göstəricilərindən sayılır.

ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatlara əsasən, ötən ay ölkədə qiymətlər aylıq müqayisədə 0.6% artıb. Martda bu göstərici 0.9%, fevralda isə 0.3% təşkil etmişdi.

Məlumata görə, inflyasiyanın artmasına əsasən enerji sektorundakı bahalaşma təsir edib. Apreldə benzinin qiyməti 5.4%, ümumi enerji daşıyıcılarının qiyməti isə 3.8% yüksəlib.

İsrail Livanda daha 15 mülki şəxsi öldürdü

Atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubundakı 4 bölgəyə endirdiyi hava hücumlarında 15 nəfərin şəhid olduğu bildirilib.

Sionist ordusu 17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq, Livanın cənubuna hava hücumlarını davam etdirir.

Livan Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, dünən İsrailin Nəbatiyyə quberniyasında endirdiyi hava hücumlarında 2 səhiyyə işçisi də daxil olmaqla 5 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Azərbaycanın İraqdakı səfiri “Əl-Kəfil” muzeyini ziyarət edib

Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahı ilə əlaqəli Əl-Kəfil - nadir əsərlər və əlyazmalar muzeyini ziyarət edib və sərgilənən əsərlərlərlə tanış olub. Səfər zamanı muzey zallarına ekskursiya təşkil edilib və səfirə əsərlər, onların qorunması üsulları barədə məlumat verilib.

Haredi lideri Netanyahu İlə ittifaqın bitdiyini açıqladı

Fələstin ərazilərində litvalı haredi cərəyanının ruhani lideri Rav Dov Lando Baş nazir Benyamin Netanyahu ilə siyasi ittifaqın artıq mövcud olmadığını açıqlayıb.

Lando “Diqel HaTorah” partiyasının knesset üzvlərinə ünvanladığı məktubda bildirib: “Artıq baş nazirə etibarımız yoxdur və özümüzü onun tərəfdaşı hesab etmirik. Ona qarşı heç bir öhdəliyimiz qalmayıb.”