05 May 2026

28 May-Müstəqillik Günü ərəfəsində əfv sərəncamının imzalanması ehtimalı aşağıdır

Son illər ardıcıl olaraq 28 May-Müstəqillik Günü ərəfəsində əfv sərəncamı imzalanır. Prezidentin iradəsinə bağlı olan bu qərarın verilmə ehtimalı bu il çox da real görünmür. Buna səbəblərdən biri 2025-ci il, dekabrın sonunda Milli Məclis tərəfindən Amnistiya Aktının qəbul edilməsidir. Amnistiya aktının icrasına 4 ay vaxt ayrıldı və bu proses aprelin sonunda başa çatdı. Eyni vaxtda amnistiya və əfv kimi iki oxşar hüquqi mexanizmin paralel tətbiqi praktiki və hüquqi baxımdan icrası çətindir.

Mövsümü xalsız başa vurdular

“Şeffild Uensdey” klubu İngiltərə Çempionşipinin 46-cı turunda “Vest Bromviç Albion” üzərində 2:1 hesablı qələbə qazanaraq mövsümü xalsız başa vurub.

Daha əvvəl maliyyə feyr-pley qaydalarını pozduğuna görə komandanın hesabından 18 xal silinmişdi. Dekabrın əvvəlində aşağı liqa təmsilçisinin xallarının sayı -10, son turadək isə -3 idi. Mövsümün sonuncu oyununda qazanılan qələbə sayəsində Şeffild təmsilçisi mənfi xallardan xilas olub.

Obama Trampın "Bu gecə böyük sivilizasiya məhv ediləcək" bəyanatına cavab verdi

Keçmiş ABŞ Prezidenti Barak Obama ABŞ prezidentinin insan ləyaqətinə və mənəviyyatına fundamental hörmət nümayiş etdirməli olduğunu bildirib.

The New Yorker jurnalına verdiyi müsahibədə Obama ABŞ siyasəti haqqında danışıb.

O, ABŞ Prezidenti Donald Trampın "Bu gecə böyük bir sivilizasiya məhv ediləcək və heç vaxt bərpa olunmayacaq" ifadəsinin nəticələri barədə soruşulub.

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib. 

Livan Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 2 679 nəfər həlak olub

Aprelin 17-də atəşkəs elan olunmasına baxmayaraq, İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində ən azı 20 nəfər həlak olub.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, daha 46 livanlı yaralanıb.

Qeyd olunub ki, 2 martda hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2 679 nəfərə, yaralıların isə 8229 nəfərə çatıb.

İsveç hökuməti "İslamofobiya" terminindən imtina etdi

İsveç hökuməti problemli təbiətini əsas gətirərək "İslamofobiya" terminini rəsmi istifadədən çıxardı və bunun əvəzinə "müsəlman əleyhinə irqçilik" ifadəsinə üstünlük verməyə başladı.

İsveç xarici işlər naziri Maria Malmer Stenergard 1 may parlament müzakirələri zamanı hökumətin bu termindən imtina etdiyini təsdiqlədi.

"Qarabağ" qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun mərkəzi oyunu keçirilib.

İkinci yer uğrunda mübarizə aparan 2 komanda – “Qarabağ” və “Turan Tovuz” Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gəlib. Matçı Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnir cədvəlində "Qarabağ" klubu 62 xalla 2-ci, Tovuz təmsilçisi isə 56 xalla 3-cüdür.