27 March 2026

Pentaqonun "oteldən müharibə" dövrü – İranın raketləri ABŞ bazalarını yararsız hala salıb

İranın Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə endirdiyi sarsıdıcı zərbələr nəticəsində Amerika ordusu regiondakı 13 bazasını tərk etmək və əməliyyatları otellərdən, mülki ofislərdən "uzaqdan" (remote) idarə etmək məcburiyyətində qalıb.

İranın milli təhlükəsizliyini təhdid edənlər mütləq bunun nəticələrindən əziyyət çəkəcəklər

İran liderinin müşaviri Əli Əkbər Vilayəti bildirib ki, İrana qarşı hərbi hücumlarda iştirak edənlər bunun nəticələri ilə üzləşəcəklər.

Vilayəti şəxsi sosial media hesabında verdiyi açıqlamada deyib: "İrana qarşı hərbi hücumlarda iştirak qaçılmaz olaraq iştirak edənlərə bumeranqla qaytarılacaq".

“Newsweek”: 70 ildən sonra “Süveyş dərsi”

Tarixi paralel: Süveyş böhranı

“Newsweek” jurnalının təhlilinə görə, ABŞ prezidenti Donald Trampın Avropaya qarşı narazılığı yeni deyil və kökləri 1956-cı ildə baş verən Süveyş böhranı dövrünə gedib çıxır.

Həmin dövrdə Böyük Britaniya və Fransa Misirə qarşı hərbi əməliyyatlarda ABŞ-dan dəstək gözləyirdi. Lakin Vaşinqton bu addımı dəstəkləmək əvəzinə neytral mövqe tutaraq atəşkəsə çağırış etmişdi.

İran–Amerika və İsrail arasında müharibə: gözləntilər və nəticələr. 3-cü, sonuncu hissə

İranın 12 günlük müharibə zamanı yaşadığı təcrübə və çıxardığı nəticələr bu dəfəki müharibədə mühüm rol oynadı. Ölkədaxili terrorçu qrupların ordunu zəiflətməsinin qarşısını almaq üçün aparılan təmizləmə əməliyyatları, yeni müharibədə eyni halların təkrarlanmamasına zəmanət verdi. İran əvvəlki təcrübədən öyrənərək düşmənin potensial addımlarını daha yaxşı müşahidə etdi və döyüşdə daha qətiyyətli mövqe sərgilədi.  

3 saylı orta məktəbdən 23 şagird hicab səbəbindən məktəbdən qovulub

Orta məktəblərdə süni hicab qadağası artıq bəzi məktəblərdə şagirləri təhsildən məhrum edib. Təhsil Nazirliyinin susduğu problemin qurbanları illərdir təhsil aldıqları məktəbin qapıları arxasında qaldılar. Bu dəfə qadağa Bakı şəhəri Mehdiabad qəsəbəsi 3 saylı orta məktəbində yaşanıb.

23 şagird tədrisdən uzaqlaşdırılıb. Təxminən 5 və 7-ci sinifləri əhatə edən qız uşaqlarına tapşırıq verilib ki, onlar hicablarını açmayana qədər məktəbə gələ bilməzlər.