01 December 2025

Futbol üzrə dünya çempionatının əsas favoritləri açıqlandı

“Opta” 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının qalibi olmağa namizəd ölkələri açıqlayıb.

İspaniya milli komandası mundialın əsas favoriti hesab olunur. Bu yığmanın çempionluq şansı 17 faizdir.

İkinci yerdə Fransa millisi (14,1 faiz), üçüncü pillədə İngiltərə seçməsi (11,7 faiz) yer alıb.

Son dünya çempionu Argentinanın ardıcıl ikinci dəfə turnirin qızıl medallarını qazanmaq şansı 8,7 faizlə qiymətləndirilib.

Rusiyanın Dneprə raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə, yaralananların sayı 22-yə çatıb

Ukraynanın Dnepr şəhəri Rusiya ordusunun raket hücumuna məruz qalıb, nəticədə 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bu barədə Dnepropetrovsk Vilayət Administrasiyasının səlahiyyətli şəxsi Vladislav Qayvanenko “Telegram” hesabında məlumat verib.

Onun bildirdiyinə görə, hadisə yerində bütün xidmətlər fəaliyyət göstərir.

Pezeşkian: Biz inanırıq ki, terrorizm və silahlar heç vaxt ticarət, elm və mədəniyyət sərhədlərini keçə bilməz

İran Prezidenti Türkiyə Xarici İşlər Naziri ilə görüşündə İslam dünyasındakı mövcud vəziyyətin həssaslığını vurğulayaraq deyib: “Müsəlman xalqlarının ortaq düşmənlərinin təzyiqi artırmağa çalışdığı bir vaxtda İslam ölkələrindən bir-birlərinə kömək etmələri və işləri çətinləşdirməkdən çəkinmələri gözlənilir. İran və Türkiyə qardaş və bacıdırlar münasibətlərini inkişaf etdirməlidirlər. Biz inanırıq ki, terrorizm və silahlar heç vaxt ticarət, elm və mədəniyyət sərhədlərini keçə bilməz”.

Pakistanın Çaxval şəhərində Ümmət Birliyi Konfransı keçirilib

Pakistanın Çaxval şəhərində şiə və sünni alimlərinin qatıldığı "Ümmət Birliyi" konfransı keçirilib. "Qəzza zolağında Ümmətin Sınağı" mövzusunda keçirilən görüşdə regional və qlobal çətinliklər qarşısında İslam həmrəyliyinin zəruriliyi vurğulanıb.

Tədbirə qatılanlar Qəzzada yaşanan son hadisələri təhlil edərək İsrailin soyqırımına qarşı İslam ümmətinin birlik və bərabərliyinin zəruriliyini diqqətə çatdırıblar.

Yəməndə müstəqillik yürüşləri: Fələstin və Livana dəstək mesajı

Yəməndə müstəqillik günü böyük yürüşlərlə anıldı

Yəmən xalqı ölkəsinin Böyük Britaniya işğalından azad edilməsinin 58-ci ildönümünü paytaxt Sənada və müxtəlif vilayətlərdə keçirilən genişmiqyaslı yürüşlərlə qeyd edib. 30 noyabr tarixi münasibətilə təşkil olunan aksiyalar minlərlə insanı bir araya gətirib və bu il tədbir “Azadlıq bizim seçimimizdir… İşğalçı məhvə məhkumdur” şüarı altında keçirilib.

 

Fələstin və Livana dəstək mesajı

Netanyahunun korrupsiya işlərində əfv tələbi Təl-Əvivdə etirazlarla qarşılandı

İsraillilər Netanyahunun korrupsiya işlərində əfv tələbinə etiraz etmək üçün Herzoqun evinin qarşısında toplaşdılar.

"Yediot Aharonot" qəzeti xəbər verir ki, işğal olunmuş ərazilərdə yaşayan çox sayda yəhudilər Netanyahunun korrupsiya işlərində əfv tələbinə etiraz etmək üçün rejim lideri İsaak Herzoqun evinin qarşısında toplaşıb.

Xəzərin su problemi; Bakı Transxəzər Boru Kəməri ideyasını rədd edir

Amerika şirkəti Chevron-un Avrasiya bölməsinin vitse-prezidenti Dilan Morqan bildirib ki, Xəzər dənizinin səviyyəsinin davamlı olaraq aşağı düşməsi mövcud nəqliyyat logistikasını gərginləşdirir və region ölkələrini Transxəzər marşrutu ilə neft və qaz nəqlinə yeni və "yaşıl" yanaşmalar axtarmağa məcbur edir.

Morgan təklif edib ki, karbohidrogen daşınmasında Xəzər su səviyyəsinin aşağı düşməsindən qaynaqlanan problem boru kəmərlərinə əsaslanan ortaq infrastruktur yaratmaqla həll edilə bilər.

 

London derbisində qalib müəyyənləşməyib

İngiltərə Premyer Liqasında XIII tura yekun vurulub.

Son matç London derbisi ilə yadda qalıb. “Çelsi” öz meydanında “Arsenal”ı qəbul edib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, “Arsenal” hazırda 30 xalla turnir cədvəlinə başçılıq edir, “Çelsi” isə 24 xalla 3-cü pillədə qərarlaşıb.