19 November 2025

Bitkoin ucuzlaşdı

Bitkoinin qiyməti 90 min dollardan aşağı düşüb. 

Buna səbəb kimi investorların kriptovalyutalar və süni intellekt səhmləri kimi bir vaxtlar yüksək gəlirli aktivləri satmaları göstərilir.

Bitkoin təxminən 89.500 dollara düşüb. Bu da aprel ayından bəri ilk dəfə 90.000 dollardan aşağı qiymətdir.

DSX-nin əsgərinin özünü güllələdiyi deyilir

Qazaxda Dövlət Sərhəd Xidmətinin (DSX) əsgərinin özünü güllələdiyi deyilir

Hadisə Dövlət Sərhəd Xidmətinin Qazaxda yerləşən N saylı hərbi hissəsində baş verib.

Belə ki, rayonun Daş Salahlı kəndində yerləşən hərbi hissəsinin hərbi qulluqçusu, əsgər 2001-ci il təvəllüdlü Ələkbərov Əkbər Rövşən oğlu xidmət vaxtı odlu silahdan özünə atəş açaraq öldürdüyü bildirilir. O, hadisə yerində ölüb.

10 gündür aclıq edən inanclı məhbus: “İlham Əliyev o qədər zəifdir ki, 6 xanımdan qorxdu”

Həbsdə olan inanclı fəal Nigar Bağırova həbsdə olan “Meydan TV” jurnalisti Xəyalə Ağayevaya müsahibə verib.

Noyabrın 9-dan barəsindəki həbs qətimkan tədbirinin uzadılmasına etiraz olaraq aclıq edən N.Bağırova müsahibədə saxlanma şəraitindən və həbsindən danışıb. 

O, səhhəti ilə bağlı deyib ki, hazırda özünü çox pis hiss etmir, amma ayaq üstə çox dayananda halsız olur və ürək döyüntüləri artır.

“Fakt Yoxla” deputat Ceyhun Məmmədovun “Azərbaycanda dini sahədə ayrı-seçkilik yoxdur” fikirini yalanladı

Deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda dini sahədə ayrı-seçkilik yoxdur və ölkədə dini dözümlülük yüksək səviyyədədir.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Beynəlxalq hesabatlar:

-ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2025-ci il hesabatında Azərbaycan hökumətinin dini azadlıqlarla bağlı pozuntulara yol verdiyi qeyd olunub.