17 November 2025

İslamın stress idarəetməsində qızıl prinsipi"

Quran və Hədis Tədqiqat İnstitutunun Əxlaq və Psixologiya Tədqiqatları şöbəsinin müdiri deyib: "İnsanların arzuları azaltmaq və ya gözləntiləri tənzimləmək həyatı daha da pisləşdirəcəyi barədə ortaq bir zehni səhvi var. Lakin bu, bir illüziyadır. Yüksək gözləntilər insanın əhval-ruhiyyəsinə zərər verir, lakin həyat keyfiyyətinə yox."

Kamerun və Nigeriya dünya çempionatından kənarda qaldı

Afrikanın iki iddialı yığması 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatından kənarda qalıb.

Kamerun və Nigeriya milli komandaları DÇ-2026-nın final mərhələsində iştirak etməyəcəklər.

Seçmə mərhələdə öz qruplarını 2-ci sırada tamamlayan kollektivlər pley-offa vəsiqə qazanıblar. Burada isə hər iki komandanın qarşısını Konqo Demokratik Respublikası kəsib.

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard 152.3 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.3% və ya 209.9 milyon ABŞ dolları çoxdur.

Hesabat dövründə Azərbaycandan Rusiyaya ixrac 0.4% artaraq 975 milyon 883 min dollara, Rusiyadan Azərbaycana ixrac isə 7% artaraq 3 milyard 176.4 milyon dollara bərabər olub.

İlahiyyatçı Toğrul Nuriyev inanclı xanımların həbsi ilə bağlı mövqeyini açıqladı

Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin (MBHİH) üzvü İlahiyyatçı Toğrul Nuriyev son günlər ölkə gündəminə çevrilən inanclı xanımların həbsi məsələsinə münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin atdığı bu addım cəmiyyətdə ciddi narazılıq yaradıb və geniş ictimai müzakirələrə səbəb olub.

MBH: “Azərbaycanda siyasiləşdirilmiş qadın həbsləri dərhal dayandırılmalıdır”

Azərbaycan milli məfkurəsində qadına verilən xüsusi dəyər onu toxunulmaz və ali mənəvi məqamda təqdim edir. Bu səbəbdən müqəddəs hesab edilən “ana” anlayışı hər bir azərbaycanlı üçün pak və ülvi məna daşıyır. Təəssüf ki, bu gün hörmət və ehtiramla yanaşılması gərəkən qadınlar rejimin siyasi təzyiqləri nəticəsində aşağılanır, şərlənir və həbsə məhkum edilirlər.

Həbsxanalardan ciddi rejimli müəssisəyə köç davam edir-növbəti inanclı “krıtaya” göndərilir

Gündəm xəbərləri sırasında yer alan həbsxanalarda olan məhbusları ciddi-qapalı rejimli müəssisəyə “krıtaya” göndərilmə layihəsi davam edir. Hakimiyyətin gözünə “qara” görünən məhbusların siyahısına daha bir Müsəlman Birliyi Hərəkatının üzvü  Elçin Zeynalov da əlavə olunub. 

İsrail qüvvələri BMT sülhməramlılarına atəş açıb

İsrail hərbi qüvvələri noyabrın 16-da Livanın cənubunda Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlılarına atəş açıb. 

BMT-nin sülhməramlı missiyası hadisəni ciddi pozuntu kimi qiymətləndirib. BMT qüvvələri arasında yaralanan olmayıb.

İsrail ordusunun açıqlamasına görə, İsrail əsgərləri sərhədə yaxın El Hamames bölgəsində iki şübhəliyə atəş açıblar və yalnız sonradan onların BMT sülhməramlıları olduğunu anlayıblar.

Cibran Basil: Onlar "silahlar şiələrə gedəcək" bəhanəsi ilə ordunu zəiflədirlər

Livan Azad Vətənpərvər Hərəkatının lideri Cibran Basil bəzi qrupları "silahlar şiələrə gedəcək" bəhanəsi ilə Livan ordusunun silahlanmasına mane olmaqda günahlandırıb.

Livan Azad Vətənpərvər Hərəkatının lideri və millət vəkili Cibran Basil Livan ordusunun münaqişə və müqavimət qabiliyyətinə malik olduğunu bildirərək deyib: "Ordunun çatışmayan cəhəti onun iradəsi deyil, dözümlülüyü və silahlarıdır".

Atəşkəsə baxmayaraq, Qəzzada itkilər davam edir

İsrail ordusunun Qəzza zolağına 2023-cü ilin oktyabr ayında başlayan hücumları nəticəsində ölənlərin sayı 69.483-ə çatıb.

Qəzza Səhiyyə Nazirliyi İsrail hücumlarında ölənlər haqqında son məlumatları təqdim edən bir açıqlama yayıb.

Son 72 saat ərzində dağıntılar altından 15 cəsədin çıxarıldığı, İsrailin son hücumlarında iki nəfərin öldüyü və üç nəfərin yaralandığı bildirilib.

Rusiya yenə Xarkovu vurub - Ölən və yaralanan var

Noyabrın 17-nə keçən gecə Rusiya Xarkov vilayətinin Balakliya şəhərinə raket zərbəsi endirib. 

Bu  barədə Ukrayna mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, hücum ölən və çoxlu yaralananlarla nəticələnib. Xarkov şəhər administrasiyasının rəhbəri Oleq Sinegubov 14 yaşlı qız da daxil olmaqla bir nəfərin öldüyünü və beş nəfərin aralandığını bildirib.

Yaşayış binalarına ciddi ziyan dəyib. 

HƏMAS ABŞ-ın Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb

ABŞ-ın BMT Təhlükəsizlik Şurasına (TŞ) göndərdiyi Qəzza zolağı ilə bağlı qətnamə layihəsi qəbul edilərsə, bu, anklavdakı vəziyyəti yaxşılaşdırmayacaq.

Bunu HƏMAS-ın sözçüsü Hazim Qasim “əl-Cəzira”ya verdiyi açıqlamada bildirib.

"ABŞ-ın qətnamə layihəsinin düzəlişləri və əsas müddəaları Qəzzadakı vəziyyəti sabitləşdirməyə yönəlməyib", - o bildirib.