Tbilisidə Məhərrəm ayı ilə bağlı yürüş keçirilib
Tbilisidə Məhərrəm ayı münasibətilə anım yürüşü təşkil olunub. Yürüş Tbilisinin Poniçala qəsəbəsindəki Əhli-beyt məscidindən başlayaraq mərkəzi ehsan çadırının qarşısında başa çatıb. Tədbirdə din xadimləri, yerli sakinlər və ətraf bölgələrdən gələn iştirakçılar iştirak ediblər.