19 June 2025

Azərbaycanın U-16 millisi Moldovaya qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.

U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun yığmanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.

Türkiyə Energetika naziri: İrandan təbii qaz nəqli davam edir

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Türkiyənin əsas təbii qaz təchizatçılarından biri olan İranın qaz nəqlini davam etdirdiyini açıqlayıb.

Bayraktar, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) və "Qlobal enerji bazarı: İstehsalçılar və istehlakçılar arasında tarazlığın tapılması" adlı paneldə çıxış edib.

İsrail-İran gərginliyinin enerji təchizatında yaratdığı risklərdən danışan Bayraktar bunları qeyd edib:

Ayətullah Sistaninin ofisi İsrailin İrana hücumlarını pisləyən ikinci bəyanatını yayıb

Bəyanatda deyilir:

“Bismillahir-Rahmənir-Rahim

Nəcəfül-Əşrəfdə yerləşən ali dini mərcəiyyət bir daha İran İslam Respublikasına qarşı davam edən hərbi təcavüzü və onun dini və siyasi ali rəhbərliyinə qarşı edilən hər hansı təhdidi ciddi şəkildə pisləyir”.

Aİ İsrailin İranı bombalamaq hüququ ilə bağlı fikir ayrılığına düşüb

Aİ ölkələrinin heç də hamısı İsrailin İrana hücumunun beynəlxalq hüquq çərçivəsində qanuni olduğuna inanmır. Bu fikir ayrılıqları gələn həftə dövlət və hökumət başçılarının sammiti öncəsi Brüsseldə görüşəcək səfirlər tərəfindən açıqlanacaq.

Mənbələrin Euronews-a verdiyi məlumata görə, İsrailin İrana hücumlarının əsaslandırılması ilə bağlı fikir ayrılıqları cümə axşamı günü Brüsseldəki səfirlər arasında üzə çıxacaq və bu, Aİ-nin böhrana ümumi cavab tapmaq səylərini pozacaq.

İranın İsrailə zərbələri nəticəsində yaralananların sayı 44-ə çatıb

İran səhər saatlarında İsrailə 20-yə yaxın raketlə hücum həyata keçirib.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Hücum nəticəsində bir sıra yaşayış binalarına, o cümlədən obyektlərə ciddi ziyan dəyib.

Raketlərdən biri İsrailin Beer Şeva şəhərindəki Soroka xəstəxanasına düşüb. Bu barədə İsrail mətbuatı məlumat dərc edib.

İsraili vuran Siccil raketi haqqında bilmədiklərimiz

Siccil raketi təxminən 15 il əvvəl hazırlanmış və istehsal edilmiş İsrail-İran zərbə raketidir. Bu ad Quranda Fil surəsində cəhənnəm daşlarının adıdır. Bu daşlar vasitəsi ilə Məkkəni dağıtmağa gələn Əbrəhə cəzalanıb.

İran sionist rejimə qarşı raket hücumlarının on ikinci dalğasında iki pilləli bərk yanacaqlı Siccil ballistik raketlərindən istifadə edib.

Müsəlman Qardaşları Ayətullah Xamneyiyə dəstək məktubu göndərib

Müsəlman Qardaşları təşkilatı İran İnqilabının Rəhbəri Əli Xamneyiyə məktub göndərərək, İsrailin təcavüzünə qarşı tam dəstəklərini ifadə ediblər. Təşkilatın Baş Rəhbər Köməkçisi Dr. Salah Əbdülhaqqın imzaladığı məktubda İsrail ortaq düşmən olaraq xarakterizə edilib.

“Müsəlman Qardaşlar”ı (İxvan-ı Müslimin) məktubunda, “İsrailin amansız təcavüzü” kimi qələmə verdiyi hallar qarşısında İran İslam Respublikasına tam dəstəyini bəyan edib.

Ayətullah Xameneinin “Xeybər” şifrəsi: İranın Ali Dini Lideri dini-siyasi cihad çağırışına hazırlaşır?

Yaxın Şərqdə gərginliyin getdikcə artdığı bir zamanda İranın ali dini lideri Ayətullah Əli Xameneinin X (əvvəlki Twitter) sosial platformasında yaydığı mesaj regionda siyasi ritorikanı kökündən dəyişdirə biləcək mahiyyət daşıyır.

Bu paylaşım təkcə bir dövlət başçısının mövqeyi deyil, həm də bir ruhani liderin dini simvolika ilə zəngin, cəmiyyətləri və məzhəbləri birbaşa hədəfə alan ideoloji bəyanatıdır. Ayətullah Xamenei mesajında belə yazır:

Qardabanidə Qədir Xum bayramı keçirilib

Gürcüstanın Qardabani şəhərində müqəddəs Qədir Xum bayramına həsr olunmuş möhtəşəm tədbir keçirilib.

Bayram mərasimi “Əl-Hikmə” Mərkəzində təşkil olunub və möminlərin böyük marağına səbəb olub.

Tədbirdə çıxış edən Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Qədir Xum bayramının tarixi əhəmiyyətindən danışaraq, bu əlamətdar günün İslam dünyasında oynadığı rolu iştirakçıların diqqətinə çatdırıb.