Azər Qasımlının məhkəməsi başlayıb
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin müqavilə üzrə vəkilləri prosesdə iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası iyunun 25-nə kimi təxirə salınıb.