İran və İsrail arasında qarşılıqlı hücumlar gücləndikcə İsrail hökuməti daxilində də çatlar yaranıb.
Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və keçmiş ictimai təhlükəsizlik naziri Əmir Bar-Lev kameralar qarşısında şiddətli söz döyüşə giriblər.
Müzakirəyə başlayan şəxs keçmiş nazir Bar-Lev olub. O, Milli təhlükəsizlik nazirinə birbaşa: “İranı niyə təhrik etdiniz?” - sualını ünvanlayıb.
Ben-Qvir isə diqqətçəkən etiraf edib: "İranın raket tutumunun bu qədər güclü olduğunu bilmirdik".
Canlı yayım zamanı yaranan gərginlik qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub. İsrail vətəndaşları hökumət daxilində bu cür münaqişələrin ölkənin təhlükəsizlik siyasətinə xələl gətirə biləcəyindən narahat olduqlarını bildiriblər.
Ben-Qvir: "İranın raket tutumunun bu qədər güclü olduğunu bilmirdik"