Məhkəmə Əli Kərimlini 1500 manat cərimələyib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında ittiham hökmü çıxarılıb. Dekabrın 2-də Nəsimi Rayon Məhkəməsində çıxarılan bu hökmlə o, Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinib və 1500 manat cərimə cəzasına məhkum edilib.