"İnteraz"ın rəhbəri Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib
"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mətləb Bağırovun xarici ölkələrdən cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməsində kuryer qismində iştirak edən Türkiyə vətəndaşı Kefsiz Hüseyin Abdulqani oğlu dindirilib.