06 July 2024

Vatikan ABŞ-ın keçmiş səfiri arxiyepiskop Viqanonu “separatçılıq” ittihamı ilə xaric edib

Vatikan arxiyepiskop Viqanonun xaric edilməsinə səbəb kimi onun Papa Fransiskin legitimliyini tanımaması və Katolik Şurasının digər dinlərlə əlaqələrini tənzimləyən 2-ci Vatikan Şurasını rədd etməsi olduğunu açıqlayıb.

Vatikanın ABŞ-dakı keçmiş səfiri, katoliklərin ruhani lideri Papa Fransiski tez-tez tənqid edən arxiyepiskop Karlo Mariya Viqano “separatçılıq” ittihamı ilə xaric edilib.

Fransa yarımfinala yüksəldi

Fransa yığması 2024-cü il Avropa çempionatının 1/4 finalında Portuqaliya millisini məğlub edib.

Görüş Hamburqdakı "Volksparkstadion" stadionunda baş tutub. Matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb, əlavə vaxtda futbolçular qol vura bilməyib.

Qarşıdurmanın nəticəsi fransızların daha güclü olduğu penaltilər seriyasında həll olunub - 5:4.

Qəssam briqadaları daha 10 İsrail əsgərini məhv edib

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrail ordusunun qurudan daxil olduğu Qəzza şəhərinin Şucayya rayonunda həyata keçirilən əməliyyatda 10 İsrail əsgərini məhv etdiyini açıqlayıb.

Qəssam Briqadaları verdiyi açıqlamada dünən Şücaiyye rayonunun Nazaz küçəsinin şərqində həyata keçirdikləri birgə əməliyyatla bağlı məlumat verib.

Açıqlamada əməliyyatlarda 10 İsrail əsgərinin məhv edildiyi bildirilib.

Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının qərarını etibarsız sayıb

İyulun 5-də Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının ötən il iyunun 24-də keçirilmiş qurultayının nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edib.

Bu qərar qurultayın yalnız bir iştirakçısı Aydın Əliyevin şikayəti əsasında qəbul edilib. Bu barədə Turan-a  Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi bildirib.

Məsud Pezeşkian İranın yeni prezidenti seçilib

İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb.

Bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.

Ümumilikdə 30 milyon 530 mindən çox səs hesablanıb.

Yekun statistikaya əsasən, 49,8% seçici fəallığı ilə Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib.

Pezeşkian 16 384 403 (53,6%) səs toplayaraq qalib gəlib.