İyulun 5-də Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının ötən il iyunun 24-də keçirilmiş qurultayının nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edib.
Bu qərar qurultayın yalnız bir iştirakçısı Aydın Əliyevin şikayəti əsasında qəbul edilib. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi bildirib.
"Keçən ilin iyunun 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı olub, qurultayda sədr və partiyanın daxili qurumlarına seçkilər keçirilib, qərarlar verilib. Aydın Əliyev qurultayı yarımçıq tərk edib, seçkilərdə iştirak etməyib və ona söz veriləcəyi təqdirdə bundan istifadə etmək istəməyib. İndi isə məhkəməyə şikayət edib və məhkəmə onun şikayətini təmin edib, qurultayda qəbul edilmiş qərarları etibarsız sayıb".
O qeyd edib ki, partiyanın qurultayı mətbuat üçün açıq olub və seçkilər tam şəffaf keçirilib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli də məhkəmə qərarının qanunsuz olduğunu bildirib.
“Qurultay mətbuata açıq keçirilib. Səsvermə və səslərin hesablanması prosesi tam şəffaf olub. Mən qurultayda gizli səsvermə yolu ilə, yekdilliyə yaxın səs çoxluğu ilə (yalnız bir nəfər əleyhinə olmaqla) sədr seçilmişəm. Səsvermə və səslərin hesablanması prosesi tam şəffaf olub, jurnalistlər tərəfindən çəkilib və ictimaiyyətə təqdim olunub. Ötən 1 il ərzində Ədliyyə Nazirliyi mənim sədr seçilməyim haqqında Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının qərarını qanunsuz olaraq, siyasi tapşırıqla dövlət reyestrinə daxil etməyib. Paralel olaraq hakimiyyət tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının nəticələrinin etibarsız hesab edilməsilə bağlı sifarişli məhkəmə prosesi başladılıb. Bu gün məhkəmə prosesi 1-ci instansiya məhkəməsində başa çatıb. Nəsimi Rayon Məhkəməsi qurultayın nəticələrini etibarsız hesab edib”, – partiya sədri qeyd edib.
O əlavə edib ki, Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.
“Apellyasiya Məhkəməsinin qərarına qədər qurultayın qərarları qüvvəsindədir. Bu məhkəmə qərarları Azərbaycan Xalq Cəbhəsi Partiyasının partiya olaraq qeydiyyatını şübhə altına almır. Rejimin dərdi məni Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi tanımamaqdır”, - Əli Kərimli qeyd edib.
Onun sözlərinə görə, partiyaya qarşı şikayət verən Aydın Əliyev 2019-cu ildə hakimiyyətlə əlaqələrə görə təşkilatdan xaric edilib. Sonradan 2020-ci ildə məhkəmə onu Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edib.
Aydın Əliyevdən və Nəsimi Rayon Məhkəməsindən şərh almaq mümkün olmayıb.
Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının qərarını etibarsız sayıb