HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrail ordusunun qurudan daxil olduğu Qəzza şəhərinin Şucayya rayonunda həyata keçirilən əməliyyatda 10 İsrail əsgərini məhv etdiyini açıqlayıb.
Qəssam Briqadaları verdiyi açıqlamada dünən Şücaiyye rayonunun Nazaz küçəsinin şərqində həyata keçirdikləri birgə əməliyyatla bağlı məlumat verib.
Açıqlamada əməliyyatlarda 10 İsrail əsgərinin məhv edildiyi bildirilib.
İsrail əsgərlərinin yerləşdiyi binanın raketlə hədəf alındığı, binaya doğru irəliləyən müqavimət qüvvələrinin əsgərləri sıfır məsafədən atəşə tutduğu qeyd edilir.
Açıqlamada müqavimət qüvvələrinin geri çəkilmə zamanı binanın içərisinə partlayıcı yerləşdirdiyi, İsrail helikopterlərinin ölən və yaralı əsgərləri çıxarmaq üçün müdaxilə etdiyi bildirilir.
Qəssam Briqadaları tərəfindən verilən başqa bir açıqlamada isə şəhərin qərbində Tel Zarub yaxınlığında İsrail əsgərlərinin snayperlər tərəfindən məhv edildiyi bildirilib.
İslami Cihad Hərəkatının silahlı qanadı olan Qüds Səriyyəsindən verilən açıqlamada Şucaiyye rayonuna daxil olan İsrail əsgərləri və maşınlarının ağır minaatanlarla bombalandığı söylənilir.
Bəyanatda sionist İsrail əsgərlərinin və onların maşınlarının Rəfah şəhəri və Netzarim oxunda yerləşdiyi yerlərin hədəfə alındığı bildirilib.
Qəssam briqadaları daha 10 İsrail əsgərini məhv edib