02 July 2024

Husilər Britaniya, İsrail və ABŞ-la əlaqəli dörd gəmiyə hücum ediblər

Yəmənin “Ənsar Allah” hərəkatının üsyançıları (husilər) Böyük Britaniya, İsrail və ABŞ ilə əlaqəsi olduğu güman edilən dörd gəmiyə hücum edib.

Bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, "MSC Unific" konteyner gəmisi, kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan "Delonix" və "Lucky Sailor" tankerləri, həmçinin Böyük Britaniya donanmasına daxil olan "Anvil Point" yardımçı gəmisi hücuma məruz qalıb.

 

Dağıstanda niqab qadağan ediləcək

Dağıstanın müftisi Əhməd Abdullayev bildirib ki, yaxın günlərdə o, respublikada niqabın qadağası ilə bağlı fətva verəcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə o, Sergey Melikovla ictimai fəallar arasında keçirilən görüşdə məlumat verib.

O, həmçinin arvadının görünməməsini istəyən ərlərə "onları evdə saxlayın" deyə tövsiyə verib.

"Əgər İsrail Livanla vuruşmağa qərar verərsə, İran şiə Hizbullah hərəkatını dəstəkləmək üçün əlindən gələni edəcək".

"Əgər İsrail Livanla vuruşmağa qərar verərsə, İran şiə Hizbullah hərəkatını dəstəkləmək üçün əlindən gələni edəcək".

Bunu İranın dini lideri Ayətullah Əli Xamneyinin müşaviri və İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi “The Financial Times” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, genişmiqyaslı müharibə olacağı təqdirdə Tehranın şiə təşkilatına kömək etməkdən başqa yolu qalmayacaq.

Bu ölkədə 350 min məscid var

Banqladeşdə təxminən 350 min məscid var.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin din işləri üzrə naziri Fəridülhaqq Xan məlumat verib.

Həmin məscidlərdə isə bu təxminən 1.7 milyon axund və müəzzin fəaliyyət göstərir.

Yaınız 49 719 axund və müəzzin maaş alır, digər axund və müəzzinlər isə könüllü surətdə işləyirlər.

Müstəqillik düşüncəsinin həqiqəti 3-cü hissə

Bu məqamın qeydi ilə mövzunun davamına varmaq bir məsələnin incələnməsi ətrafında dolaşır. Dövlət və xalq birliyi pafoslu çıxışların fonunda yalnız bir dəfə son illərin təcrübəsində aydın təzahür edib. Bu da 44 günlük İkinci Qarabağ müharibəsi zamanında idi. Haqlı olaraq o dövrdə bu birliyini müşahidəsi doğurdan da qürurverici idi. Hamı, hər kəs və hər şey cəbhə üçün bir ürək idi.