03 February 2024

NBC News ABŞ-ın bölgədəki hücumlarının görüntü xarakteri daşıdığını bildirib

Amerika qüvvələri İordaniyada PUA-ların hücumları nəticəsində üç Amerika əsgərinin öldürülməsinə görə qisas aldığını iddia edərək İraq və Suriyada hücumlar həyata keçirib, bu ölkədəki bəzi medialara, o cümlədən NBC News-a görə, bu hücumlar sadəcə görüntü xarakteri daşıyıb və əsl məqsədlərinə çata bilməyib.

Saxlanılan inanclılar: İttihamlar, vədlər və hədələr: Bəs əsil həqiqət necədir?

1-ci hissə
İllərdir yaşanan həbslər son 10 ilin həbs siyasətinə böyük rəqəmlərlə inanclıları daxil etməkdə davam edir. Siyasi məhbus siyahısında artıq son illər antirekord vuran inanclıların ən çox və ən geniş həbs dalğası hələ ki, 2023-cü ilin payına düşüb. Müxtəlif növ rəqəmlərin yer aldığı ortamda dəqiq bir say söyləmək çətindir. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var ki, bu yazı mövcud və bir çox bu kimi problemləri gündəmə gətirən geniş həbslər zamanı yaranan insidentləri işıqlandıracaq. 

“Qarabağ” “Səbail”i də məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, ilk oyun “Səbail”lə “Qarabağ” arasında baş tutub.

Üç qolun qeydə alındığı oyunda Ağdam təmsilçisi növbəti qələbəsini qazanmaqla zirvədəki mövqeyini möhkəmləndirib.

Günün digər matçında “Sabah” “Turan Tovuz”u sınağa çəkəcək.

ABŞ və İngiltərə Yəmənə yenidən hücum edib

Yəmən Ənsarullah Hərəkatı dünən ABŞ və İngiltərənin Yəmənin Həccə şəhərinə hücum etdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əl-Mesirah telekanalının xəbərinə görə, ABŞ-Böyük Britaniya döyüş təyyarələri Həccə şəhərinin Abes rayonunun əl-Cerr bölgəsinə 4 hücum həyata keçirib.

Xəbərdə əlavə təfərrüatlara yer verilməsə də, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Həccə şəhərinin atəşə tutulması diqqət çəkib.

Moskvada Rəşt-Astara dəmir yolunun tikintisi müzakirə olunub

Rəşt-Astara dəmir yolunun tikintisi başa çatdıqdan sonra İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemləri birləşəcək və dövlətlər arasındakı ticarət əlaqələri inkişaf edəcək.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiyada səfərdə olan İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri deyib.

Hesabat: Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi üzrə göstəriciləri pisləşib

Avropa İnsan Hüquqları Məhkəməsinin sədri yanvarın sonlarında 2023-cü il üçün illik hesabatını və statistikanı təqdim edib.

Hesabatda deyilir ki, AİHM-in bütün ölkələrdən icraata götürdüyü işlər 2022-ci ildəki 45,500-dən 2023-cü ildə 34,600-a düşüb.

Bu göstəriciyə görə Azərbaycana aid icraata götürülən işlərin sayı isə 24 faiz artıb

Bu rəqəm 2022-ci ildə 389 idisə, 2023-cü ildə 438 olub. 2021-ci ilin göstəricisi 425 idi.

Əlcəzairdən BMT TŞ-a Qəzzada humanitar atəşkəs çağırışı

Bildirilib ki, Əlcəzair Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən və fələstinlilərin deportasiyasını rədd edən qətnamə layihəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) üzvlərinə təqdim edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ABŞ diplomatik mənbələrindən alınan məlumata görə, Əlcəzair BMT Təhlükəsizlik Şurasının üzvlərinə humanitar atəşkəs başda olmaqla bir çox tələbləri ehtiva edən qətnamə layihəsi paylayıb.

ABŞ-ın İraqdakı bazasında yanğın olub

Suriya mediası bu gün səhər saatlarında ABŞ-ın İraq və Suriyaya hücumundan sonra bu ölkənin şərqindəki ABŞ bazasında böyük yanğının baş verdiyini yazıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Suriya mediası bu ölkənin şərqindəki Deyr əz-Zor əyalətindəki “Koniko” qaz yatağında ABŞ bazasında yanğının baş verdiyini yazıb.

Suriya dövlət televiziyası səhər erkən saatlarda yanğının raket hücumundan sonra baş verdiyini açıqlayıb.