İraq: ABŞ-ın hücumları İraqın suverenliyinin pozulmasıdır

İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözçüsü general-mayor Yəhya Rəsul bildirib ki, ABŞ-ın Əl-Ənbar əyaləti və sərhədyanı ərazilərə aviazərbələr endirməsi İraqın suverenliyinin pozulmasıdır.

General-mayor Yəhya Rəsul verdiyi yazılı açıqlamada Qaim və İraqın qərbindəki Əl-Ənbar sərhəd bölgələri ABŞ təyyarələri tərəfindən hücuma məruz qaldığını bildirib. Bu hücumlar İraqın bölgədə sabitliyi qorumağa çalışdığı bir vaxtda baş verib. Mövcud addımlar İraqın suverenliyinin pozulması və İraq hökumətinin səylərinə zərbə vurmaq deməkdir.

ABŞ-ın bu hücumları İraqı və regionu arzuolunmaz nəticələrə sürükləyən təhdiddir və bunun İraq və regionun təhlükəsizliyi və sabitliyi üçün çox pis nəticələri olacaq.

Xatırladaq ki, ABŞ yanvarın 28-də Suriya-İordaniya sərhədindəki Amerika bazasına edilən hücuma cavab olaraq bölgədə ilk dəfə hücumlar həyata keçirdiyini açıqlayıb. CENTCOM-dan edilən yazılı açıqlamada, İran İnqilabı Keşikçiləri Ordusu Qüds Gücü ilə Suriya və İraqda onlara bağlı qruplara aid ən azı 85 hədəf hava zərbələri ilə vurulub.

Açıqlamada, hücumlarda ABŞ-dan havaya qalxan uzaqmənzilli bombardmançıların da iştirak etdiyi və 125-dən çox idarə olunan bombanın istifadə edildiyi, hədəfdə komanda-idarə mərkəzləri, raketlər, raketlər və pilotsuz uçuş aparatlarının vurulduğu bildirilib.