Saxlanılan inanclılar: İttihamlar, vədlər və hədələr: Bəs əsil həqiqət necədir?

1-ci hissə
İllərdir yaşanan həbslər son 10 ilin həbs siyasətinə böyük rəqəmlərlə inanclıları daxil etməkdə davam edir. Siyasi məhbus siyahısında artıq son illər antirekord vuran inanclıların ən çox və ən geniş həbs dalğası hələ ki, 2023-cü ilin payına düşüb. Müxtəlif növ rəqəmlərin yer aldığı ortamda dəqiq bir say söyləmək çətindir. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var ki, bu yazı mövcud və bir çox bu kimi problemləri gündəmə gətirən geniş həbslər zamanı yaranan insidentləri işıqlandıracaq. 
Saylarında zidiyyətlər kimi məhbusların barələrində araşdırmalar, vəziyyətin sosial yükü ailələr tərəfindən qadağaya məruz qalınan, işıqlandırılmasına ehtiyac duyulan məsələlərdəndir. Beynəlxalq təşkilatların Azərbaycanda siyasi-ictimai-dini durumun vəziyyəti ilə bağlı hesabatlarındakı çətinliklər də ailələrin bu məsələlərdə mənfi reaksiyalarına bağlıdır. Bununla yanaşı buraxılacağı vəd olunan qəlbi pak ailənin canavar əlində inləyən övlad azadlığı, bu işdə mələk, dost donu geyinib əslində böyük fitnə yaradıb düşmən dəyirmanına su tökən əllərində də bu işdə az rolu yoxdur.
Bu və sadalanmayan bir çox səbəblər zənciri ilə sizə inanclıların həbs dövründə yaşanan hadisələri qaranlıq nöqtədən çıxarmaqla aydınladacaq mövzuda yanaşım təqdim etmək istəyirik. Həbs dövrü və ən çox üzləşilən problemlər, görünməyən qayğılar və əsas səbəblər.

Maddələr haqqında yaradılan qorxu
Bir şox məhbus ailələri arasında formalaşdırılan fikir ittiham aktında əks olunan maddədir. Artıq formal hal almış bu sətirlər şübhəsiz qorxutmaq üçün istifadə olunur. Belə ki, saxlanılan anlardan işə təhkim olunan dövlət rəsmisinin “təqdim” etdiyi maddə əminliklə demək olar ki, sifarişçinin dəqiqləşdirdiyi maddədir. Sifarişli məhkəmələr elə istintaq dövründən bəlli bir kod altında sistemləşdirilir. Bu, o deməkdir ki, iş siyasidir və sifarişçi yuxarılardır. Buna görə də, heç bir danışıq cəhdi göstərməyə dəyməz. Rüşvət kimi formallaşan danışıq vasitələri bu iş üçün keçərli deyil. Amma ailəni mövcud vəziyyətdə siyasiləşmədən çəkindirmək də zəruridir. Müstəntiqlərin əsasən bu sırada söylədiyi sətirlər fövqəladədir. “Sizə daha ağır ittihamlar verilə bilər. Siz Allaha şükür etməlisiniz ki, filan ruhaninin işinə qatıb oğlunuza cinayət işi açmayıblar. Bu maddə çoxu 3 il işlə yekunlaşacaq. Onun da 1 ili istintaqlar, sonrakı bir neçə ayı zona köçürülmə, il yarım olan kimi məhkəmə müraciət və iki ilində evdədir”.
Bu, ilk həbs həyatı yaşayanların ailələri üçün ideal tordur və çoxu da öz taleyi ilə barışaraq bu deyilənləri səmimiyyətlə qəbul edir. Bu sırada danışıb işin ağırlaşdırması ehtimalı da bu gün günahsız həbs həyatı yaşayan bəzi inanclıların bu tələyə düşməsindən doğub.

Dost cildində düşmən
Bu, işin ən çətin və anlaqsız tərəfləridir. Cəmiyyətdə ən çox istifadə edilən manevr dost cildində düşməndir. Belə şəxslər cəmiyyətdə əsasən savadsız, bacarıqsız, başını itirmiş səriştəsiz ailələrə öz üstün imkanları ilə yaxınlaşan şəxslərdir. İnsafən bəzi istedadları və mövcud vəziyyətdə inam qazanmaq üçün görə bildiyi məsələlər ümidin son mərhələsinə qədəm qoyan ailə üçün necə böyük təsirə malik olması sözlə ifadə olunan deyil.
Əslində belə insanlar kimlərinsə əlində maşa rolunu oynayan maryaned kuklalardır. Əlbəttə, bu oyunda o da maraqsız deyil, lakin hər hansı bir işin güclü tərəfi olaraq nə isə etmək gücü əsla ona aid deyil. Əvvəldən o, bu nöqtəyə məhbus ailələrinin idarə edilməsi üçün gətirilir. Canfəşanlıq edən, adutoriya önündə çıxış edən, lazım olan vəkili tapan, bəzən övladlarla görüşlərdə vasitəçi rolu əvvəldən hazırlanmış ssenarinin tərkib hissəsidir. O, məhbusların quruplaşmaq, koordinasiya qurmasına əngəl törətmək, yaxşılar barəsində şübhə toxumları əkmək, məhbus ailələrini özləri də hiss etmədən düşdükləri vəziyyətlə məcburi barışdırmaq göstərişi alan dost cildində düşməndir.
Onun fəaliyyəti bu və daha fərqli tərəflərdə genişlənə, eyni halda ona tapşırıq verilən zamana qədər sürdürülə bilər. Belə şəxslərin ifşası əksər hallarda mümkün olmur. Bunu yalnız bu işdə neçə-neçə həbs təcrübəsi olan insanlar bacarar ki, dost cildində düşmən bunu anladığı üçün belə şəxslər barəsində həmişə şübhələr yayaraq onun yaxınlaşma imkanını sıfra endirir.
Ən əsas nöqtə: O, bu gərginlikdə məsumdur. Həmişə addığı addımları o, hasısa məhbus ailəsinin əli ilə gerçəkləşdirir ki, işin açılması anında onu boynundan ata bilsin. Yaratdığı inam və etibara görə isə məhbus ailəsi mütləq olaraq onun istədiyi kimi fikirləri söyləyəcək ki, bu da onun işdən quru çıxmaq amilidir.

Ardı var.