Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi (CPT) 2025-ci il üzrə hesabatında Avropada saxlanma yerlərində zorakılıq, cəzasızlıq və sistem problemlərinin yenidən artdığını bildirir. Komitə Azərbaycanla əməkdaşlığın uzun müddətdir problemli olduğunu qeyd etdiyi bir vaxtda, Bakıda yüksək səviyyəli görüşlər keçirərək dialoqu bərpa etməyə çalışıb
Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınması Komitəsi (CPT) 2025-ci il üzrə 35-ci hesabatını açıqlayıb. Hesabatda Avropada azadlıqdan məhrumetmə yerlərində vəziyyətin bir sıra ölkələrdə yenidən pisləşdiyi, işgəncə və qeyri-insani rəftar risklərinin artdığı bildirilir.
Komitənin prezidenti Alan Mitçelin sözlərinə görə, 2025-ci il CPT-nin fəaliyyəti baxımından müstəsna olub. İl ərzində 22 ölkəyə səfər edən qurum 208 gün ərzində həbsxanalar, polis idarələri və digər saxlanma yerlərində monitorinqlər aparıb. Bu səfərlərin 14-ü xüsusi, yəni konkret problemlərə operativ reaksiya məqsədilə təşkil olunub.
Azərbaycanla bağlı vəziyyət: gərgin əməkdaşlıq fonunda yeni təmaslar
Hesabat fonunda CPT-nin Azərbaycanla münasibətləri diqqət mərkəzində qalır.
2024-cü ilin iyulunda Komitə nadir hallarda atdığı addımlardan birini ataraq Azərbaycanla bağlı açıq bəyanat yayıb və hakimiyyətin qurumla əməkdaşlıqdan “qəti şəkildə imtina etdiyini” bildirib. Bu səbəbdən 2022-ci il xüsusi səfərinin hesabatı Azərbaycanın razılığı olmadan ictimailəşdirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bunu “presedenti olmayan qərar” adlandıraraq etiraz edib, eyni zamanda CPT tövsiyələrinin nəzərə alındığını bildirib.
Bu gərgin fon davam etdiyi halda, 2026-cı ilin aprelində CPT nümayəndələri Bakıya səfər edərək yüksək səviyyəli görüşlər keçiriblər. Görüşlərdə daxili işlər naziri Vilayət Eyvazov, ədliyyə nazirinin müavini Toğrul Hüseynov və səhiyyə nazirinin müavini Nadir Zeynalov iştirak edib.
Müzakirələrdə hüquq-mühafizə orqanları, penitensiar sistem və psixiatriya müəssisələri ilə bağlı CPT-nin uzunmüddətli tövsiyələrinin icrası əsas mövzu olub. Həmçinin Komitənin 2025-ci ilin sentyabr–oktyabr aylarında Azərbaycana etdiyi altıncı dövri səfərin nəticələrinə istinad edilib. Bu hesabat 2026-cı ilin martında Azərbaycan tərəfinə təqdim olunub, lakin hələ ictimaiyyətə açıqlanmayıb.
CPT hesabatlarının dərc olunması üçün ölkənin razılığı tələb olunur və Azərbaycana dair son ictimai hesabatlar 2018-ci ilə qədər olan dövrü əhatə edir.
Avropada ümumi vəziyyət: geriləmə siqnalları
CPT-nin hesabatında qeyd olunur ki, Avropanın bəzi ölkələrində əvvəllər aradan qaldırılmış problemlər yenidən ortaya çıxır. Xüsusilə polis zorakılığı, qeyri-rəsmi sorğular zamanı fiziki təzyiq və təhqir halları ilə bağlı iddialar davam edir.
Komitə bildirir ki, bəzi hallarda nəzarət mexanizmlərinin zəifləməsi və cəzasızlıq mühiti bu tendensiyanı gücləndirir. Hüquq-mühafizə orqanlarının əməkdaşları üçün daha güclü təlim proqramları və “sıfır tolerantlıq” siyasəti tələb olunur.
Eyni zamanda, saxlanılan şəxslərin əsas hüquqlarına çıxış - vəkil, həkim və yaxınlarına məlumat vermək imkanı - bir çox ölkələrdə formal olaraq mövcud olsa da, praktikada bərabər tətbiq edilmir.
Həbsxanalar: sıxlıq kritik həddə çatır
Hesabatda ən ciddi problemlərdən biri kimi həbsxanalarda sıxlığın artması göstərilir. Covid-19 pandemiyasından sonra Avropada məhbus sayı davamlı şəkildə artır.
Bəzi ölkələrdə istintaq təcridxanalarında saxlanılan şəxslər ümumi məhbusların 80 faizinə qədərini təşkil edir. Bir çox hallarda məhbuslara düşən yaşayış sahəsi 2 kvadratmetrdən də az olur.
Komitə xəbərdarlıq edir ki, bu vəziyyət qeyri-insani və ləyaqəti alçaldan rəftar riskini artırır, zorakılığı gücləndirir və həbsxana sisteminin fəaliyyətini iflic edir.
Miqrantlar və həssas qruplar
CPT miqrantların və sığınacaq axtaran şəxslərin saxlanma şəraitindən də ciddi narahatlığını ifadə edir. Hesabatda qeyd olunur ki, uşaqlar və zorakılıq qurbanları da daxil olmaqla həssas şəxslər tez-tez uyğun olmayan şəraitdə saxlanılır.
Komitə həmçinin “pushback” adlanan - miqrantların hüquqi prosedur olmadan sərhəddən geri qaytarılması praktikasını tənqid edir və bu proseslərdə zorakılıq halları barədə iddiaları vurğulayır.
Psixiatriya müəssisələrində problemlər
Psixiatriya müəssisələrində də ciddi problemlər qalır. CPT bəzi hallarda xəstələrin uzun müddət yatağa bağlanması, kifayət qədər tibbi nəzarətin olmaması və psixososial xidmətlərin çatışmazlığını qeyd edir.
CPT vurğulayır ki, işgəncələrin və qeyri-insani rəftarın qarşısının alınması yalnız bütün tərəflərin davamlı və kollektiv səyi ilə mümkündür. Komitə Avropa ölkələri ilə dialoqu davam etdirərək konkret və davamlı islahatlara nail olmağa çalışacağını bildirir.
İşgəncələrə Qarşı Komitənin 2025-ci il üzrə hesabatı yayımlanıb: həbsxanalarda sıxlıq, polis zorakılığı və nəzarətsizlik artır