ABŞ-ın İraqdakı bazasında yanğın olub

Suriya mediası bu gün səhər saatlarında ABŞ-ın İraq və Suriyaya hücumundan sonra bu ölkənin şərqindəki ABŞ bazasında böyük yanğının baş verdiyini yazıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Suriya mediası bu ölkənin şərqindəki Deyr əz-Zor əyalətindəki “Koniko” qaz yatağında ABŞ bazasında yanğının baş verdiyini yazıb.

Suriya dövlət televiziyası səhər erkən saatlarda yanğının raket hücumundan sonra baş verdiyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığı (Centcom) verdiyi açıqlamada, sərhəddəki "Qüllə 22" bazasına hücumda bu ölkənin 3 əsgərinin öldürülməsinə cavab olaraq İraq və Suriyada 85-dən çox məntəqəyə hücumlar təşkil etdiyini bildirib.