Ruhani Seyid Ağasəf Xurşidova hökm oxunub

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti ruhani saxta ittihamlarla azadlıqdan məhrum edilib. 2023-cü il aprelin 1-də saxlanılan ilahiyyatçı Seyid Asəf Xurşidov narkotik ittihamı ilə məhkəmə önünə çıxarılıb. Hakim ruhanini narkotiklərlə bağlı ittihamda müqəssir bilərək onu 3 il müddətinə azadlıqdan məhrum edilib.

2022-ci ilin sonundan başlayaraq ölkədə kütləvi hal alan inanclıların həbsi hələ də davam edir. Qeyri dəqiq say həbs olunan inaclıların mindən artıq olduğunu göstərir. Vəkil və hüquq müdafiəçiləri rəqəm söyləməsələr də, onlar da həbsləri həddindən artıq olması qənaətindədirlər.

Bu sırada həbs olunan ruhanilərin sayı 50-dən artıqdır.