Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) təşkilatçılığı ilə Tbilisi şəhərindəki "Alul-beyt" mərkəzində Xanım Məsumənin (s.ə) mübarək mövludu münasibətilə maarifləndirici seminar keçirilib.
Tədbir Leyli Qurbanovanın Qurani-Kərimdən bir neçə ayəni bəlağətlə tilavət etməsi ilə başlayıb.
Mərasimi giriş sözü ilə açan Ayşən Nəbiyeva Həzrəti Məsumənin (s.ə) həyat yoluna qısa nəzər salaraq, seminarın mahiyyətini vurğulayıb. O qeyd edib ki, bu mərasimin əsas məqsədi yalnız əlamətdar günü qeyd etmək deyil, həm də paklıq və iffət nümunəsi olan bir xanımın həyatından örnək almaqdır.
Ayşən Nəbiyeva əlavə edib ki, Xanım Məsumənin (s.ə) ömür yolu qadının həm mənəviyyat, həm də elm sahəsində uca məqamlara yüksələ biləcəyinin ən bariz nümunəsidir.
Daha sonra çıxış edən Minarə Nəbiyeva Xanım Məsumənin (s.ə) həyatına toxunaraq, onunla Həzrət Zeynəb (s.ə) arasındakı mənəvi bənzərlikləri və ortaq xüsusiyyətləri diqqətə çatdırıb. Ardınca Gülşən Nemətova tədbir iştirakçılarını mövlud münasibətilə təbrik edib.
BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyev çıxış edərək xanımın Mədinədən hicrət etməsinin siyasi və ictimai tərəflərini təhlil edib. O, bu hicrətin arxasında duran bəsirəti, əsas hədəfləri və bu müqəddəs səfərin İslam tarixinə gətirdiyi bərəkətləri geniş şəkildə şərh edərək öz təbriklərini çatdırıb.
Tədbirdə həmçinin İlahiyyatçı Kamran Məmmədov "Şəxsiyyətşünaslıq: fərqli insan tipləri" mövzusunda maraqlı təqdimatla çıxış edərək, müasir dövrdə insan xarakterlərinin təhlili ilə bağlı fikirlərini bölüşüb.
Sonda gənc qızlara güllər, şirniyyatlar hədiyyə edilib və bayram tədbiri ziyafət süfrəsinin açılması ilə yekunlaşıb.
Tbilisidə Xanım Məsumənin (s.ə) mövluduna həsr olunmuş seminar keçirilib