ABŞ və İngiltərə Yəmənə yenidən hücum edib

Yəmən Ənsarullah Hərəkatı dünən ABŞ və İngiltərənin Yəmənin Həccə şəhərinə hücum etdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əl-Mesirah telekanalının xəbərinə görə, ABŞ-Böyük Britaniya döyüş təyyarələri Həccə şəhərinin Abes rayonunun əl-Cerr bölgəsinə 4 hücum həyata keçirib.

Xəbərdə əlavə təfərrüatlara yer verilməsə də, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Həccə şəhərinin atəşə tutulması diqqət çəkib.

ABŞ və Böyük Britaniya hələlik sözügedən hücumla bağlı açıqlama verməyib.