16 March 2023

İraqda ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var

İraqın qərbində yerləşən Ənbar vilayətində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” hökumətdəki iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, “Chinook” helikopteri “Black Hawk” helikopterini müşayiət edərkən qəza baş verib. 

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, 53 kq-dakı Gültəkin Şirinova və 65 kq-dakı Birgül Soltanova bu raundadək irəliləyə bilib. Şiriona finala gedən yolda türkiyəli Zeynep Yetgillə, Soltanova isə fransalı İris Tiboks ilə güləşəcək.

“İsrail dağılır, Nəsrullah bizi düzgün təhlil edir”

Məhkəmə-hüquq islahatı böhranının və İsrail rejim daxilində daxili ziddiyyətlərin şiddətlənməsi ilə bu rejimin mediası cəmiyyətində baş verən bu daxili hadisələrlə bu rejimin düşmənlərinin cəsarətləndiklərini elan edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsrail rejimin 13-cü kanalının hərbi məsələlər üzrə analitiki Elon Ben David deyib:

İmran Xanın həbsi qərarı yenidən sonraya saxlanıldı

Lahor Ali məhkəməsi ölkənin keçmiş baş naziri, “Pakistan Ədalət Hərəkatı” (PTI) müxalifət partiyasının sədri İmran Xanın həbsinə dair orderin keçərliliyini 17 martadək dayandırıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İslamabad dairə məhkəməsi hələ bazar ertəsi günü keçmiş hökumət başçısının həbsi orderini verib.

Xan İslamabad dairə məhkəməsinin iclasına qatılmayıb.

Bakıda İslamofobiya ilə bağlı keçirilən konfrans başa çatıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransı öz işinə yekun vurub.

ABŞ və Azərbaycan mülki müdafiə və dənizdə infrastrukturun qorunması məsələlərini müzakirə edib

Martın 15-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini, briqada generalı Edvard Voqan arasında görüş olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, nazir Kəmaləddin Heydərov iki ölkə arasında mülki müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib.

Məhkəmə Almaniyadan deportasiya olunan fəalın həbs müdətini bir il azaldıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, martın 16-da Bakı Apellyasiya Məhkəməsi hakim Qədim Babayevin sədrliyi ilə Almaniyadan Bakıya deportasiya olunandan sonra həbsə məhkum edilən Cəfər Mirzəyevin həbs müddətini 6 ildən 5 ilə endirib.

Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Vəkil hesab edir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi nöqsanları aradan qaldırmayıb.

Astara Gömrük Məntəqəsinin önündə İrandan Azərbaycana keçmək istəyən yük maşınlarının böyük növbəsinin yarandığı bildirilir

Astara Gömrük Məntəqəsinin önündə İrandan Azərbaycana keçmək istəyən yük maşınlarının böyük növbəsinin yarandığı bildirilir. Bu barədə adının çəkilməsini istəməyən bir sürücü Meydan TV-yə məlumat verib.

Hacı Şahinin dəfni sonrası dindarları hədəfə alanlar kimlərdir? - Bir qərəzin izi ilə...

Məşədi Dadaş məscidinin yeni imamı (artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müdaxiləsi baş verib, yəqin ki, məscidə bu qurum özü imam təyin edəcək – müəllif.) Elbrus Kərimovun cümə xütbəsindən 105 saniyəlik hissənin İTV tərəfindən yayımının sosial şəbəkədə müzakirəyə çıxarılması qərəzdən başqa bir şey deyildi. 

Mart ayının pensiyaları tam ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə mart ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, martın 15-də isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

"Səlvətul-həzin" (Dualar) kitabını artıq satışda

“Əhli-beyt maarifi” evi növbəti klassik ədəbiyyatını böyük oxucu kütləsinə təqdim edib. Şeyx Qutbuddin Ravəndinin qələmə aldığı dəyərli "Səlvətul-həzin" (Dualar) kitabını artıq hər kəs satış mərkəzlərindən əldə edə bilər. Bu dəyərli kitabda dua və onun ədəbləri, bəlalar, sıxıntılar və xəstəliklər zamanı möminlərin vəzifələri, həmçinin ölüm anında ediləcək əməllər barədə məsumların mübarək kəlamları qeyd olunmuşdur.

İngiltərədə tətil dalğası davam edir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, bir sıra sənaye sahələrində minlərlə britaniyalı işçi hökumətlə əmək haqqı və iş şəraiti ilə bağlı davam edən mübahisələr fonunda çərşənbə günü işlərini tərk edib. Reuters xəbər verir ki, tətillər Böyük Britaniyada ümumi problemə çevrilib. Çünki maaşların artımı inflyasiya ilə ayaqlaşa bilmir.

“Qonşularımızın İraq torpağından hücuma məruz qalmasına imkan verməyəcəyik”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraqın baş naziri, " İraq İranın işlərinə qarışmır və İraq öz ərazisinin qonşularına hücum etmək üçün istifadə edilməsinə icazə verməyəcək"-deyib.

Dünən Süleymaniyə gedən İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Səudiyyə Ərəbistanı ilə İran arasında əlaqələrin yenidən qurulması üçün əldə edilən razılaşmada Bağdadın böyük rol oynadığını vurğulayıb.

Qurana qarşı hörmətsizlik bu dəfə bir qrup Ukrayna əsgərindən gəldi

İslam dini, xüsusən Qurana qarşı hörmətsizlik dini dözümsüzlük göstərən Avropanın gündəliyində son zamanlar çox geniş qeyd olunur. Karikaturadan başlanan İslamın təhqir elementləri sonunda Quranın yandırılmasına, parçalanmasına qədər gəlib çıxdı. Danimarkalı Quran təxribatçısı Rasmus Paludanın iyrənc addımı dünya inanclılarının böyük etiraz dalğasına səbəb oldu.