Ruhani Sərdar Hacıhəsənlinin növbəti məhkəmə iclası keçirilib

Bu gün ruhani Sərdar Hacıhəsənlinin növbəti məhkəmə iclası keçirilib.
Operativtv.com Maide.az-a istinadən xəbər verir ki, baxış iclasında hacı Sərdar özü də iştirak edib.
Vəkil Cavad Cavadov Maide.az-a bildirilib ki, Sərdar Babayevin məhkəməsində baxış iclası təyin olunmuşdu. "Hazırlıq iclasında məhkəmə açıq keçirilməsini qərara almışdı, lakin baxış iclasında dövlət ittihamçısı məhkəmə prosesinin qapalı keçirilməsini xahiş etdi. Biz buna müdafiə tərəfi olaraq etirazımızı bildirdik və məhkəmə baxışının açıq keçirilməsini bu prosesində ictimai maraq doğurması baxımından daha zəruri olmasını bildirdik. Sərdar Babayev özü də məhkəmə prosesinin açıq keçirilməsini xahiş etdi."