“Qonşularımızın İraq torpağından hücuma məruz qalmasına imkan verməyəcəyik”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraqın baş naziri, " İraq İranın işlərinə qarışmır və İraq öz ərazisinin qonşularına hücum etmək üçün istifadə edilməsinə icazə verməyəcək"-deyib.

Dünən Süleymaniyə gedən İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Səudiyyə Ərəbistanı ilə İran arasında əlaqələrin yenidən qurulması üçün əldə edilən razılaşmada Bağdadın böyük rol oynadığını vurğulayıb.

Məhəmməd Şia Sudani deyib: "Biz Səudiyyə Ərəbistanı ilə İran arasında razılaşmanı alqışlayırıq, İraq iki ölkənin fikirlərini bir-birinə yaxınlaşdırmaqda böyük rol oynayıb. İranın İraqın işlərinə qarışmasından söhbət gedə bilməz və bu məsələ böyüdülür. Bizim İranla müsbət əlaqələrimiz və əməkdaşlığımız var.

Bu ölkəni bölmək olmaz. İraq qüvvələri İraq konstitusiyası ilə idarə olunur. Biz İraq ərazisinin regionun və qonşularının təhlükəsizliyini təhdid etmək üçün başlanğıc nöqtəsi olmasına heç vaxt icazə verməyəcəyik. İraq konstitusiyası torpaqlarımızın ləyaqətinin və suverenliyinin qonşularımız və ya digər dövlətlər tərəfindən tapdalanmasına icazə vermədiyi kimi, başqa ölkələrin işlərinə qarışmağa imkan vermir.

Hökumət lap əvvəldən sərhəd mühafizəsinin gücləndirilməsinə böyük əhəmiyyət vermiş və sərhədlərə nəzarət etmək və oradan sızmanın qarşısını almaq üçün böyük səylər göstərmiş, İraqın Kürdüstan bölgəsinə və ya digər ərazilərə soxulmağa cəhd edən hər hansı bir qruplaşmanın məhv edilməsinə nail olmuşdur.

İraqın tarixi və coğrafi mövqeyi, iqtisadi potensialı və insan resursları onu Yaxın Şərqdə və dünyada mərkəzi rol oynamağa münasib edir və onu regional bazaya çevirir. Biz İraq xalqına xidmət etməyə və hökumət proqramlarında güclü və ardıcıl iqtisadiyyat qurmağa sadiqik və bu müddət ərzində hədəflərimizin böyük bir hissəsinə nail olmuşuq”.

Əl-Sudani Səddamın Hələbcədəki cinayətləri və qətllərinə də toxunaraq deyib: “Diktator rejimin Hələbcədə kürd xalqına qarşı törətdiyi dəhşətli cinayət acı bir xatirədir. İki gün əvvəl keçirilən Nazirlər Şurasının iclasında Hələbcənin abadlaşdırılması planına səs verdik. Hələbcəni əyalətə çevirmək onların böyük fədakarlıqlarına qarşı edə biləcəyimiz ən kiçik işdir”.