Qurana qarşı hörmətsizlik bu dəfə bir qrup Ukrayna əsgərindən gəldi

İslam dini, xüsusən Qurana qarşı hörmətsizlik dini dözümsüzlük göstərən Avropanın gündəliyində son zamanlar çox geniş qeyd olunur. Karikaturadan başlanan İslamın təhqir elementləri sonunda Quranın yandırılmasına, parçalanmasına qədər gəlib çıxdı. Danimarkalı Quran təxribatçısı Rasmus Paludanın iyrənc addımı dünya inanclılarının böyük etiraz dalğasına səbəb oldu.

Bu günlər sosial mediada Qurana qarşı növbəti rəzalət addımları yer alıb. Belə ki, Tik Tok-da Ukrayna əsgərlərinin Quran üzərinə donuz piyi çəkməsi kadrları narahatlıqla qarşılanıb. Onların bu addımının Çeçen-müsəlman döyüşçülərinə qıcıq olaraq atıldığı söylənilsə də, lakin baş verən bu addımlar bütün İslam dünyasına qarşı qərəzli bir həqarətdir. Ukrayna qoşununda bundan da öncə neonasist (irqçi və nasist) görüntülər sosial media üzərindən yayılmışdı.