14 March 2023

Ehud Barak: İran-Səudiyyə Ərəbistanı razılaşması İsrail və Amerika üçün ölümcül zərbədir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrail rejiminin keçmiş baş naziri Ehud Barak İran və Səudiyyə Ərəbistanı, iki ölkə arasında diplomatik əlaqələrin bərpasına dair razılaşmanı İsrail və ABŞ-a ölümcül zərbə kimi qiymətləndirib.

Rejimin keçmiş baş naziri və müharibə naziri Ehud Barak “Yediot Aharonot” qəzeti üçün yazdığı məqalədə Səudiyyə Ərəbistanı ilə İran arasında əlaqələrin bərpasının Qərbi Asiya regionunda strateji dönüş nöqtəsi kimi qiymətləndirilir.

"Tərtər işi"ndə təqsirləndirilənlərin məhkəməsi: "Eyni əməllər Qazax, Şəmkir, Ağcabədi və Beyləqanda da törədilib"

Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında "Tərtər işi"ndə təqsirləndirilən 4 nəfər yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Avropada qaz kəskin ucuzlaşıb

Avropada təbii qazın qiyməti kəskin ucuzlaşıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, martın 14-də keçirilən ticarət sessiyası zamanı mavi yanacağın qiymətindəki eniş daha da sürətlənib və 10 faizə çatıb.

Bunu ICE birjasının məlumatları sübut edir. Belə ki, sessiya zamanı qiymət min kubmetr üçün 500 dollardan da aşağı düşüb.

İlham Zəkiyev Qran Pridə qızıl medal qazandı

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1) Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə qızıl medal qazanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Namiq Abaslı (73 kq) və Xanım Hüseynova (70 kq) beynəlxalq turnirdə birinci yeri tutub.

255 amerikalı yəhudi iş adamı İsraildən investisiyalarını geri çəkməklə hədələyib

255 amerikalı yəhudi iş adamı və kapitalist vəziyyətin belə davam edəcəyi təqdirdə İsraildən investisiyalarını geri çəkəcəkləri ilə hədələyiblər.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, İsrail rejiminin 12-ci kanalı, sərvətlərinin milyonlarla dollarını İsrailə yatırmış 255 amerikalı yəhudi kapitalisti İsrailin baş naziri Binyamin Netanyahuya yazdığı məktubda vəziyyətin belə davam edəcəyi təqdirdə, bu ölkəyə bir daha investisiya yatırmaq istəməyəcəklər.

İran və Küveyt dəniz sərhədini müəyyən etmək üçün danışıqlar aparır

Operativtv.com Sputnik-ə istinadən xəbər verir ki, İran və Küveyt dəniz sərhədlərini müəyyən etmək üçün danışıqlar aparır.

Küveytin rəsmi xəbər agentliyi Kuna-nın xəbərinə görə, İran və Küveytin ümumi hüquq komissiyası İranın paytaxtı Tehranda görüşüb. Danışıqlar zamanı Küveyt tərəfinə xarici işlər nazirinin müavini, səfir Mənsur əl-Udeybi, İran tərəfinə isə xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini, səfir Rza Nəcəfi sədrlik edib.

“Alimlər düşmənin planlarından xəbərdar olmalıdırlar”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri bəzi insanların daxildən İslam ümmətini hədəf almağa və İslamın təhrif olunmuş görüntüsünü təqdim etməyə çalışdıqlarını vurğulayıb.

Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi deyib: “Çünki İslam düşmənləri bütün güc və imkanları ilə hərbi, siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə fəaliyyət göstərirlər.

"Zirə", "Kəpəz" və "Turan Tovuz" cərimələndi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXVI turunda yaşananlara hüquqi qiymət verib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, "Zirə" klubu 800 manat məbləğində cərimələnib.

Buna "qartallar"ın 4 futbolçusunun "Kəpəz"lə matçda (1:1) sarı vərəqə ilə cazalanması səbəb olub.

Komitə görüşdən əvvəl oyun günü planının pozulmasına görə Gəncə təmsilçisinə eyni məbləğdə cərimə tətbiq edib.

Sabunçu rayonunda hərbi xidmətə çağırış üzrə xidmətin vəzifəli şəxsləri həbs ediliblər

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıblar. 

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir.

Federal Təhqiqat Bürosunun yenilənmiş hesabatı: ABŞ-da nifrət zəminində cinayətlərin sayı rekord həddə çatıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Federal Təhqiqat Bürosu (FBI-The Federal Bureau of Investigation) bazar ertəsi açıqladığı yenilənmiş hesabatında ABŞ-da nifrət zəminində cinayətlərin sayının 2021-ci ildə son 20 ildə ən yüksək səviyyəyə çatdığını bildirib.

FBI ilkin olaraq 2021-ci il üçün nifrət zəminində 7262 cinayət hadisəsinin göstərildiyi illik hesabatını dekabr ayında açıqlayıb.