Məhkəmə MBH üzvü Azad Kərimovun ev dustaqlığı müraciətinə baxacaq

Bu gün Müsəlman Birliyi Hərəkatının üzvü Azad Kərimovun məhkəməsi keçiriləcək. Nəsimi rayon Məhkəməsində keçiriləcək iclasda Azad Kərimovun ev dustaqlığı məsələsinə baxılacaq. Azər Tağıyevin hakimliyi ilə baş tutacaq iclas saat 12:00- a təyin edilib.

Xatırladaq ki, yanvarın 30-da evinə gələn Nəsimi rayon polis işçiləri Azadın idarəyə getməsi tələbi ilə onu saxlayaraq aparır. Bir gün sonra Azad Nəsimi Rayon Məhkəməsi önünə çıxarılaraq inanclıya 234.4.3-maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ilə cinayət işi açılaraq barəsində həbsqəti imkan tədbiri seçilir. Bu gün həmən qərardan ev dustaqlığı verilməsi ilə bağlı məhkəmə iclası keçiriləcək.