Ehud Barak: İran-Səudiyyə Ərəbistanı razılaşması İsrail və Amerika üçün ölümcül zərbədir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrail rejiminin keçmiş baş naziri Ehud Barak İran və Səudiyyə Ərəbistanı, iki ölkə arasında diplomatik əlaqələrin bərpasına dair razılaşmanı İsrail və ABŞ-a ölümcül zərbə kimi qiymətləndirib.

Rejimin keçmiş baş naziri və müharibə naziri Ehud Barak “Yediot Aharonot” qəzeti üçün yazdığı məqalədə Səudiyyə Ərəbistanı ilə İran arasında əlaqələrin bərpasının Qərbi Asiya regionunda strateji dönüş nöqtəsi kimi qiymətləndirilir.

Ehud Barak deyib: “Bu razılaşma İsrail və Amerika üçün ölümcül zərbədir və Yəməndəki nəticəsiz müharibənin sona çatmasının əlaməti olmaqla yanaşı, Çin üçün də mühüm nailiyyətdir.”

Keçmiş İsrail rəsmisi Tehran və Ər-Riyad arasında rəsmi diplomatik əlaqələrin bərpasına dair razılaşmanın nəticələrini açıqlayaraq deyib: “Bu mərhələdə İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması ehtimalı xeyli azalıb.”

Rejimin keçmiş baş naziri Tehran və Ər-Riyad arasında siyasi əlaqələrin bərpasına dair razılaşmanı Netanyahu üçün təbii uğursuzluq, rejimin hazırkı kabinetinin siyasətini tənqid edərək deyib: “Netanyahu enerjisini məhkəmə çevrilişinə cəmləyib və İsrailin digər formalaşdırılmış strateji hədəflərini tək buraxıb. Onların hamısı tənəzzül və uğursuzluq istiqamətində gedirlər."