İlham Zəkiyev Qran Pridə qızıl medal qazandı

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1) Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə qızıl medal qazanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Namiq Abaslı (73 kq) və Xanım Hüseynova (70 kq) beynəlxalq turnirdə birinci yeri tutub.