06 November 2022

Fatimeyi Zəhra (s.ə) adına Zərgərpalan məscidi

Haqqında hədsiz dərəcədə məhdud məlumat olan Bakının mərkəzindəki Xanım Fatimeyi Zəhra (s.ə.) adına məscid. Yasamal rayonunda Çingiz Mustafayev küçəsi 90-da yerləşən və sahəsi 280 kvadratmetrdir olan bu məscid eyni anda 350 nəfər şəxsin ibadət edə biləcəyi məkandır. Mənbələrə əsasən məscid 1919-cu ildə Kərbəlayi Əli Əşrəf Ələsgəroğlu tərəfindən inşa edilib. Lakin məscid kimi fəaliyyəti çox qısa zaman olub. Sovetlərin məscidlərə qarşı reperessiyalarına məruz qalan Xanım Zəhra (s.ə.) məscidi bir ildən bir az artıq bir zamanda məhəllə camaatının ixtiyarında olur.

Ədalətsiz olaraq ömürlük həbsə məhkum olunanların problemi kompleks həllini tapmalıdır

Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var, onlar hamısı qapalı tipli Qobustan həbsxanasında saxlanılır. Onlardan biri – həmin vaxt Qobustanda saxlanılan Şəmsi Səmədzadə 2017-ci ildə Turan-a bildirib ki, ömürlük məhbusların 5%-i ümumiyyətlə təqsirsizdir, təsadüfi hadisələrə görə yatırlar, onlar həmin hadisələrdə istəmədən iştirak ediblər, yaxud da əsl cinayətkarın təqsirini gizlətmək üçün həbs ediliblər. “Onlar təcili olaraq azadlığa buraxılmalıdır. Ömürlük məhbusların 15%-i həqiqətən təqsirlidir, adam öldürüblər, amma qəlbən cinayətkar deyillər.

Somalidə hərbi bazada partlayış: 15 nəfər öldü

Şənbə günü Somalinin paytaxtı Moqadişodakı hərbi bazada terror aktı baş verib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, partlayış nəticəsində azı 15 nəfər həlak olub.

Məlumata görə, Vadajir rayonunda keçmiş qənnadı fabrikinin binasında yerləşən bazanın ərazisində kamikadze özünü partladıb.

Baza elit bölmələr üçün təlim mərkəzi kimi istifadə olunur.

Üç idmançımız antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın 3 idmançısı antidopinq qaydalarının pozuntusuna görə cəzalandırılıb.

Operativtv.com Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Unikal-a istinadən verilən məlumata görə, pauerliftinqçilərdən Elmin Niftəliyev 4 il, Ramil Əhmədov 2 illik cəza ilə üzləşib.

Ağırlıqqaldıran Səxavət Babayev də 2 illik diskvalifikasiyaya məruz qalıb.

Bu gün Şarm əl-Şeyxdə iqlim üzrə sammitin açılışı olacaq

Noyabrın 6-da Misirin Şarm əl-Şeyx şəhərində 120-dən çox dövlətin liderlərinin iştirakı ilə Ümumdünya İqlim Sammiti açılacaq.

Operativtv.com Report-a xəbər verir ki, Misir Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) Tərəflərin 27-ci Konfransına sədrlik edən ölkə kimi foruma ev sahibliyi edən Afrika qitəsini müzakirələrin mərkəzinə qoymaq və ümumən inkişaf etməkdə olan ölkələrin problem və ehtiyaclarına xüsusi diqqət ayırmaq niyyətindədir.

İki taekvondoçumuz Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.

Operativtv.com Taekvondo Federasiyasından Unikal-a istinadən verilən məlumata görə, yarış Azərbaycan idmançıları üçün uğurlu alınıb.Baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan hər iki taekvondoçumuz Vətənə qızıl medalla qayıdacaq. Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər.

İraqda yanacaq tankeri partlayıb, 13 nəfər yaralanıb

İraqın Duhok şəhərində Domiz Benefit yolunda yanacaq daşıyan tanker partlayıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, hadisə yerinə çox sayda ilkin tibbi yardım və polis qrupları cəlb edilib.

Səlahiyyətlilər qəzada 13 nəfərin yaralandığını bildirib.

İraq mediası yaralananlar arasında 5 təhlükəsizlik işçisinin olduğunu, yaralıların isə Duhok Dövlət Xəstəxanasında müalicə altına alındığını bildirib.