İraqda yanacaq tankeri partlayıb, 13 nəfər yaralanıb

İraqın Duhok şəhərində Domiz Benefit yolunda yanacaq daşıyan tanker partlayıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, hadisə yerinə çox sayda ilkin tibbi yardım və polis qrupları cəlb edilib.

Səlahiyyətlilər qəzada 13 nəfərin yaralandığını bildirib.

İraq mediası yaralananlar arasında 5 təhlükəsizlik işçisinin olduğunu, yaralıların isə Duhok Dövlət Xəstəxanasında müalicə altına alındığını bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.