Somalidə hərbi bazada partlayış: 15 nəfər öldü

Şənbə günü Somalinin paytaxtı Moqadişodakı hərbi bazada terror aktı baş verib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, partlayış nəticəsində azı 15 nəfər həlak olub.

Məlumata görə, Vadajir rayonunda keçmiş qənnadı fabrikinin binasında yerləşən bazanın ərazisində kamikadze özünü partladıb.

Baza elit bölmələr üçün təlim mərkəzi kimi istifadə olunur.