ABŞ-ın İrandan idxalında artım

Operativtv.com İRNA-ya istinadən xəbər verir ki, ABŞ Statistika İdarəsi sentyabr ayında İranın bu ölkəyə ixracının artdığını və ilin ilk 9 ayında iki ölkə arasında ticarət həcminin 42 milyon dollar olduğunu açıqlayıb.

ABŞ Statistika İdarəsinin verdiyi açıqlamaya görə, bu ölkənin İranla ticarət həcmi ilin ilk 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 29,9 milyon dollardan 42,2 milyon dollara yüksəlib. İranın ABŞ-dan ixracı bu ilin ilk 9 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 29,3 milyon dollardan 31,3 milyon dollara yüksəlib. İranın ABŞ-a ixracı bu dövrdə əvvəlki dövrlə müqayisədə 18 dəfə artaraq 0,6 milyon dollardan 10,9 milyon dollara yüksəlib. Sentyabrda ABŞ İrandan 5,9 milyon dollar idxal edib. İlin ilk 8 ayında bu ölkənin İrandan ümumi idxalı 5 milyon dollar olaraq qeydə alınıb. İranın ABŞ-a ixracı 2021-ci ilin sentyabrında 100 min dollar olduğu halda, bu ilin sentyabrında 59 dəfə artıb. 2022-ci ilin sentyabrında ABŞ-ın İrandan idxalının böyük artmasına baxmayaraq, bu ölkənin İrana ixracı 19 faiz azalaraq 4,2 milyon dollardan 3,4 milyon dollara düşüb.