İki taekvondoçumuz Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.

Operativtv.com Taekvondo Federasiyasından Unikal-a istinadən verilən məlumata görə, yarış Azərbaycan idmançıları üçün uğurlu alınıb.Baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan hər iki taekvondoçumuz Vətənə qızıl medalla qayıdacaq. Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər.