Tokayev özünün səlahiyyətlərini azaldan qanunu imzalayıb

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev noyabrın 5-də dövlət başçısının səlahiyyətlərini məhdudlaşdıran bir sıra qanunlar imzalayıb.
Dəyişikliklər prezidentin yerli icra hakimiyyəti orqanlarına münasibətdə müəyyən səlahiyyətlərinin azaldılmasını nəzərdə tutur (indi prezident şəhər və rayon rəhbərlərini yalnız yerli deputatların razılığı ilə təyin edə biləcək).
Parlamentdə “prezident kvotası” azaldılır, prezidentlik dövründə müəyyən məhdudiyyətlər qoyulur. Prezidentə siyasi partiyalara üzv olmaq, dövlət başçısının yaxın qohumlarına isə kvazi-dövlət sektorunda (dövlətin iştiraki olan şirkətlər)siyasi vəzifələr və rəhbər vəzifələr tutmaq qadağan edilib.
 
 
Azadlıq Qəzeti.