Bu gün İmam Həsənin (ə) mübarək mövludu günüdür

Bu gün Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Həzrəti Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı həzrəti Həsənin (ə) mövlud günüdür.

İmam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur.

Atasının şəhadətindən sonra on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

Allahın Peyğəmbəri(s):
«Həsən məndəndir və mən də ondanam. Hər kim onu sevsə Allah onu sevər. Həsənlə Hüseyn mənim nəvələrimdirlər.»

İmam Həsənin (ə) mövludu münasibətilə bütün Əhli-Beyt (ə) sevərləri təbrik edirik.